525.Az

Zakir Həsənov Litva səfirini qəbul edib


 

Zakir Həsənov Litva səfirini qəbul edib<b style="color:red"></b> Müdafiə naziri Litva Respublikasının ölkəmizdəki səfirini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a bildiriblər ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Valdas Lastauskası qəbul edib.

Müdafiə naziri səfirə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
 





20.09.2014    çap et  çap et