525.Az

Hava küləkli və yağışlı olacaq


 

Hava küləkli və yağışlı olacaq<b style="color:red"></b> Bakıda və Abşeron yarımadasında sentyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, mülayim şimal küləyi əsəcək.
 
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 18-20, gündüz 20-25 dərəcə isti olacaq.
 
Rayonlara gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti təşkil edəcək.
 





20.09.2014    çap et  çap et