525.Az

Pakistan-Azərbaycan dostluq qrupunun üzvləri səfirliyimizi ziyarət ediblər


 

Pakistan-Azərbaycan dostluq qrupunun üzvləri səfirliyimizi ziyarət ediblər<b style="color:red"></b>

18.09.2013-ci il tarixində Pakistan İslam Respublikası Milli Assambleyasının deputatları- Pakistan-Azərbaycan dostluq qrupunun üzvləri Azərbaycanın Pakistandakı Səfirliyini ziyarət ediblər.
 
Səfir Daşqın Şikarov Milli Assambleyanın üzvlərinin Azərbaycan səfirliyini ziyarət etməsini yüksək qiymətləndirib. Qardaş ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulayaraq, Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycana verdiyi dəstəyə, həmçinin, Ermənistanı işğalçı siyasətindən dolayı bir dövlət kimi tanımadıqlarına görə qarşı tərəfə minnətdarlığını bildirib.

Sonra səfir, son illərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, geniş miqyaslı layihələr haqqında ətraflı məlumat verib.

Səfir həmçinin, son vaxtlar Ermənistan ordusu tərəfindən tez-tez atəşkəsin pozulduğunu, erməni diversiya qrupunun Azərbaycan kəndlərinə hücüm edərək azyaşlı insanları girov götürdüklərini, iri çaplı silahlardan Azərbaycan kəndlərini atəşə tutduqlarını və dinc əhaliyə qarşı soyqrım siyasətini davam etdirdiklərini bildirib.

Pakistan-Azərbaycan dostluq qrupunun əlaqələndiricisi Şaza Fatimə Xuvaca, ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən danışıb.

Pakistanın daim Azərbaycanın yanında olduğunu, Dağlıq Qarabağ məsələsində ölkəmizi dəstəklədiyini deyib. Ermənistanın Azərbaycana təcavüzünü qəti şəkildə pisləyib.

O, Azərbaycan Parlamentindəkı Azərbaycan-Pakistan parlamentlər arası dostluq qrupu ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması zəruriliyindən danışaraq, gənclər, uşaq, qadın problemlərinin həllində, iqtisadi əlaqələrin inkişafında birgə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

Ş. F. Xuvaca, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə Pakistanın bütün əyalətlərində həyata keçirilən humanitar layihələri xüsusi qeyd edərək, bunun ikitərəfli münasibətlərə müsbət dinamika verən amillərdən olduğunu bildirib. Həmçinin, xalqlarımız arasında qarşılıqlı məhəbbət yaratdığını vurğulayıb. 

Çıxış edən digər deputatlar Rəşid Kudeyl, Mirzə Həmid Quccar, Malik Məhəmməd Üzeyir son zamanlar ermənistan ordusu tərəfindən Azərbaycan kəndlərinə olan hücümları qəti şəkildə pisləyib Azərabaycan ərazilərinin işğaldan azad olunmayana kimi Ermənistanla hər-hansı münasibətin qurulmuyacağını bildiriblər.

Daha sonra millət vəkilləri ölkələrimiz arasında iqtisadi-ticarət münasibətlərin inkişaf etdirilməsi zəruriliyini ön plana çəkib, bu istiqamətdə bir sıra tədbirlərin görülməsi vacibliyini qeyd ediblər.

 





20.09.2014    çap et  çap et