525.Az

"Transxəzər qaz kəməri layihəsini dəstəkləyirik”


 

"Transxəzər qaz kəməri layihəsini dəstəkləyirik”<b style="color:red"></b>

“Şahdəniz” qaz yatağı ilə bağlı ikinci fazanın başlanmasından qürur duyuram”.

APA-nın məlumatına görə, bunu bu gün “Əsrin müqaviləsi”nin 20 illiyi və Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində Gürcüstanın baş naziri İrakli Qaribaşvili söyləyib.
 
O bildirib ki, Azərbaycan Gürcüstanın ən yaxın dost və tərəfdaşlarından biridir:
 
“Biz Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələri həyata keçirmişik. TANAP layihəsi həyata keçiriləcək, Avropanın enerji xəritəsi dəyişəcək, Qara dəniz və Xəzər dənizi hövzəsindəki dövlətlər üçün yeni imkanlar açılacaq, əlavə iş imkanları yaranacaq, yoxsulluğun səviyyəsi azalacaq. Biz Qazaxıstan və Türkmənistanın ehtiyatlarının ixracı üçün Transxəzər qaz kəməri layihəsini dəstəkləyirik”.
 
İ.Qaribaşvili deyib ki, bu layihələr davamlı inkişafı təmin edəcək:

“Bakı-Tbilisi-Qars dəmir yolu regional inkişafda böyük rol oynayacaq. Biz bununla qlobal bazarlara inteqrasiya edirik. Qonşu ölkələrlə azad ticarət böyük töhfə olacaq. Avropa Birliyi ilə azad ticarəti digər dövlətlərə də şamil etmək istərdik. Biz əlimizdən gələni edəcəyik kt, regionda və qlobal səviyyədə Gürcüstan etibarlı tərəfdaş olsun”.

 





20.09.2014    çap et  çap et