525.Az

Azərbaycan və Yunanıstan prezidentləri arasında görüş olub


 

Azərbaycan və Yunanıstan prezidentləri arasında görüş olub<b style="color:red"></b>

Sentyabrın 19-da Azərbaycan prezidenti İlham Əliyev ilə Yunanıstanın Baş naziri Antonis Samarasın təkbətək görüşü olub.

525.az-ın məlumatına görə, görüşdə iki ölkə arasında  əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, “Cənub” qaz dəhlizinin reallaşmasının əhəmiyyəti vurğulanıb.
 
Qeyd edilib ki, Azərbaycan ilə Yunanıstan arasında əməkdaşlıq əlaqələrinin böyük perspektivi var. Söhbət zamanı ikitərəfli münasibətlər, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
 
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyev ilə Yunanıstanın Baş naziri Antonis Samarasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
 
Görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib. Enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, “Cənub” qaz dəhlizinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 





20.09.2014    çap et  çap et