525.Az

Cəmil Həsənli Mirmahmud Mirəlioğlu ilə bağlı danışmaq istəməyib


 

Cəmil Həsənli Mirmahmud Mirəlioğlu ilə bağlı danışmaq istəməyib<b style="color:red"></b> “Mirmahmud Mirəlioğlu ilə bağlı heç bir suala cavab vermirəm”
 
Bunu APA-ya açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli KXCP sədri Mirmahmud Mirəlioğlunun Milli Şuraya qəbul olunan yeni üzvlərə etirazına münasibət bildirərkən deyib.
 
C. Həsənli bildirib ki, yeni üzvlərlə bağlı bütün məsələlər Koordinasiya Mərkəzinin toplantısında müzakirə olunub və qərar verilib.
 
KXCP sədrinin sözügedən toplantıda iştirakı və ona bu barədə məlumat verilib-verilməməsinə gəldikdə isə C. Həsənli M. Mirəlioğlu barədə danışmaq istəmədiyini bildirib.
 
Xatırladaq ki, M. Mirəlioğlu da APA-ya açıqlamasında hələ ki, Milli Şura ifadəsini dilinə gətirməyəcəyini deyib.
 





19.09.2014    çap et  çap et