525.Az

Rusiya Azərbaycanla az büdcəli aviaşirkət yaratmağı təklif edir


 

Rusiya Azərbaycanla az büdcəli aviaşirkət yaratmağı təklif edir<b style="color:red"></b> Rusiya daha çox sayda rusiyalı turistin Azərbaycana səfər etməsini istərdi.
 
Trend-in məlumatına görə, belə bir istəklə bu gün İTAR-TASS-da keçirilən mətbuat konfransında RF İctimai Palatasının İctimai diplomatiyanın və xaricdəki həmvətənlərə dəstək komissiyasının üzvü Sergey Markov
çıxış edib.

O, qeyd edib ki, əsas kimi az büdcəli aviaşirkət götürmək olar, onda daha çox sayda rusiyalı turist Azərbaycanı görə bilərdi:

"Əlbəttə, burada dövlətin iştirakı olmadan keçinmək olmaz".

Öz növbəsində, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, turistlər üçün hər cür şərait, o cümlədən beşulduzlu və dördulduzlu hotellər yaradılıb:

"Bakıda hətta yeddiulduzlu hotel var. Bizdə gözəl qumlu çimərliklər, dağ xizəyi kurortları var".
 





18.09.2014    çap et  çap et