525.Az

Silahlı Qüvvələrin irimiqyaslı təlimlərinin növbəti mərhələsi keçirilib


 

Silahlı Qüvvələrin irimiqyaslı təlimlərinin növbəti mərhələsi keçirilib<b style="color:red"></b>

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, sentyabrın 13-dən başlayan irimiqyaslı təlimlərin bu gün növbəti mərhələsi keçirilib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, təlimlərdə iştirak edən Quru qoşunlarının birləşmə və hissələri müxtəlif şəraitlərdə, o cümlədən dağlıq ərazidə hücum əməliyyatının təşkili, yüksək sürətlə və böyük dərinliklərdə aparılması, taktiki hava desantının, reyd və ön dəstələrinin tətbiqi, əməliyyatların hərtərəfli təminatı üzrə tapşırıqları yerinə yetiriblər.

Təlimlər sentyabrın 20-dək davam edəcək.

 





18.09.2014    çap et  çap et