525.Az

Prezident Monteneqronun baş nazirini qəbul edib


 

Prezident Monteneqronun baş nazirini qəbul edib<b style="color:red"></b>

Prezident İlham Əliyev bu gün Monteneqronun baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

525.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, əvvəlcə prezident İlham Əliyevin baş nazir Milo Cukanoviçlə təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən enerji, infrastruktur, bank sektoru, turizm, təhsil və digər sahələrdə inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb.
 
Sonra görüş geniş tərkibdə davam etdirilib.

Dövlət başçısı Azərbaycanla Monteneqro arasında ikitərəfli dostluq münasibətlərin müxtəlif sahələri əhatə etməsindən və dinamik inkişafından məmnunluğunu ifadə edib. Əməkdaşlığımızın genişləndirilməsi məsələsinə toxunan prezident İlham Əliyev ölkələrimiz arasında qarşılıqlı ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün də yaxşı imkanların olduğunu vurğulayıb. İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edən dövlət başçısı Monteneqronun baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əlaqələrimizin inkişafı ilə bağlı məsələlərin müzakirəsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Baş nazir Milo Cukanoviç Azərbaycan prezidentinin Monteneqroya olan dostluq münasibətinə görə minnətdarlığını bildirib. Ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğulayan baş nazir bu inkişafın onda dərin təəssürat yaratdığını deyib və əldə olunan nailiyyətlər münasibətilə dövlət başçısını təbrik edib. Milo Cukanoviç öz növbəsində Azərbaycanla Monteneqro arasında ikitərəfli münasibətlərin inkişafının razılıq doğurduğunu vurğulayıb.

 





18.09.2014    çap et  çap et