525.Az

Saflıq simvolu


 

Saflıq simvolu<b style="color:red"></b>

"İnsandan qızıl saray qalmaqdansa, təmiz ad qalmağı daha yaxşıdır" - ifadəsini uşaq vaxtı atamdan tez-tez eşidərdim. Sonralar bu sözlərin müəllifinin Qarabağın tarixini yazan Mirzə Camal Qarabağiyə məxsus olduğunu öyrəndim. Zaman keçdikcə bu sözlərin hikmətini başa düşdüm. Təmiz ad yaxşı adam adını qazanmaq hər kəsə nəsib olmur, eyni zamanda hamının qarşısına da belələri çıxmır. Universiteti bitirib "Elm həyat" kimi tanınmış bir jurnalda işləməklə özümə həm yeri, həm ləyaqətli dostlar tapdım. Əvvəlcə Ülkər Hüseynova ilə tanış oldum. Çox keçmədi ki, sıramıza daha bir xanım jurnalist Maral Poladova da qatıldı. Beləliklə, biz üç olduq.

İnsanları bir-birinə yaxınlaşdıran onların əqidəsi, dünyagörüşü, mənəvi keyfiyyətləridir. Bütün bunlar uyğun gələndə insanlar bir-birilə ünsiyyət tapır, doğmalaşır. Üçümüzü - Ülkər xanımı, Maral xanımı məni birləşdirən əqidə birliyi, təmənnasızlıq, xeyirxahlıq insanpərvərlikdir.

Bu gün sentyabrın 18- Maral Poladovanın 65 yaşı tamam olur. 65 ilin yarıdan çoxunu - düz 35 ilini birgə addımlamışıq desəm, yanılmaram. Bu yaxınlıq birliyindən başlasa da, sonralar daha da dərinləşmiş, yaxın sirdaşa çevrilmişik. Hər bir hadisəni obyektiv qiymətləndirməyi bacaran M.Poladova saflığı sözübütövlüyü ilə başqalarından fərqlənib.

Maral Poladova əmək fəaliyyətinə dünyaya göz açdığı Goranboy rayonunda çıxan "Mübariz" qəzetində başlayıb. Universitetin jurnalistika fakültəsini bitirdikdən sonra bir müddət AMEA-nın Əlyazmalar Fondunda (indiki Əlyazmalar İnstitutunda) çalışıb, 1983- ildən isə "Elm həyat"da müxbir kimi fəaliyyətə başlayıb. Elə işə başladığı ilk günlərdən Maral xanımın təşəbbüsü ilə jurnalda yeni rubrika açıldı. Qədim abidələrin qorunması bərpası ilə bağlı onlarla məqalə hazırladı. Bu yazıları araya-ərsəyə gətirmək Maral xanıma o qədər asan başa gəlməyib. Bunun üçün o, Bakı kəndlərini qarış-qarış gəzib, uçub-dağılmaqda olan, gözdəniraq, unudulmuş abidələrin bərpasının vacibliyi barədə fikirlərini dönə-dönə jurnalın səhifələrinə çıxarıb, eyni zamanda əlaqədar təşkilatların nəzərinə çatdırıb. Təkcə jurnalist kimi deyil, həm bir vətəndaş kimi abidələrin sonrakı taleyi ilə maraqlanıb.

Onun hazırladığı məqalələrin mövzu dairəsi genişdir. Azərbaycan tarixinin açılmamış səhifələrindən, arxeoloqların axtarışlarından, ədəbiyyat, dil, incəsənət, epiqrafika, etnoqrafiya, memarlıq, tibb, kimya elmi sahəsində çalışan alimlərin qazandığı uğurlardan bəhs edən onlarla məqalənin müəllifidir.

Onun AMEA-nın müxbir üzvlərindən - çox nadir sənət sahibi, epiqrafiyaçı alim Məşədixanım Nemətə, tanınmış ədəbiyyatşünas Yaşar Qarayevə, kimyaçı Fəzilə Səmədovaya, mətbuat tarixinin canlı ensiklopediyası sayılan, hamımızın müəllimi, professor Şirməmməd Hüseynova başqalarına həsr etdiyi məqalələri sözügedən alimlər barəsində oxuculara geniş hərtərəfli məlumat verir.

M.Poladovanın vaxtilə akademiklərdən Məmmədağa Şirəliyevlə dilçiliyin, Mikayıl Hüseynovla memarlığın, AMEA-nın müxbir üzvlərindən Arif Abbasovla arxeologiyanın, Əziz Mirəhmədovla ədəbiyyatşünaslığın problemlərindən bəhs edən müsahibələri indi öz aktuallığını itirməyib. Maral xanım orta əsrlərdən bu günümüzə yadigar qalan İçərişəhərin tarixi orada yerləşən abidələrin öyrənilməsinə xüsusi fikir verib. Tədqiqatçıların diqqətini Azərbaycanın tarixinin açılmamış sirlərini özündə saxlayan nadir memarlıq incilərinin öyrənilməsinə yönəldib.

M.Poladova özünə ətrafdakılara çox tələbkardır. Həyatda kövrək, ürəyiyumşaq olsa da, prosesində prinsipialdır. Uzun illər jurnalın məsul katibi işləyən Maral xanım məqalələrin aktuallığına diqqət yetirib hər bir yazıya oxuculara yeni fikir çatdırmaq nöqteyi-nəzərindən yanaşıb. Zəif yazıların jurnalda çap olunmasının həmişə əleyhinə olub. Bəzən müəlliflər gətirdikləri məqalələrin çap olunmasını təkidlə tələb edəndə, Maral xanım dönə-dönə təkrar olunmuş məlumatların oxucu üçün maraqsız olduğunu onların diqqətinə çatdırıb.

Azərbaycanda elmi təbliğ edən yeganə elmi-kütləvi jurnalın bağlanmaq təhlükəsi olanda Maral xanım ruhdan düşmədi, jurnalın nəşrinin davam etdirilməsi üçün sözün əsl mənasında mübarizə apardı. Müxtəlif mətbuat orqanlarında jurnalın nəşrinin vacib olması barədə məqalələrlə çıxış etdi. M.Poladova "Elm həyat"ın hər yeni sayının çap olunmasına uşaq kimi sevinirdi. Jurnal üçün məqalələrin seçilməsinə, bütün elm sahələrinin əhatə olunmasına xüsusi diqqət yetirib. İstər humanitar, istərsə dəqiq elm sahələrinə aid məqalələrin populyar dildə oxuculara çatdırılmasını həmişə əsas meyar kimi götürüb.

M.Poladova elmi jurnalistikanın yaranması formalaşmasında böyük rol oynayan "Elm həyat" jurnalına çox yüksək dəyər verib, onun daşıdığı missiyanı lazımınca qiymətləndirib. Elə buna görə maddi vəsaitin olmadığı vaxtlarda, jurnalın düşdüyü ağır vəziyyətdə belə əməkhaqqı almadan bu jurnalda işləməyə üstünlük verib.

Maral xanım yaxşı qələm sahibi olmaqla yanaşı, həm səriştəli bir redaktor kimi tanınır. Məqalələri çox vaxt təkrar-təkrar redaktə edir, dilin rəvanlığına xüsusi diqqət yetirir. Azərbaycan dilinin saflığının qorunub saxlanması üçün əlindən gələni edir. Tanınmış yazıçı publisist Cəmil Əlibəyovun rəhbərliyi ilə fəaliyyət göstərən "Elm həyat" nəşriyyatında onun redaktəsi ilə onlarla kitab işıq üzü görüb.

M.Poladova ömrünün böyük bir hissəsini, az, çox düz 30 ilini H.Zərdabinin ənənələrini davam etdirən "Elm həyat"ın nəşr olunmasına həsr edib. Bu işdən usanmayıb, bəzən jurnalın ən xırda işlərini görməyi öz boynuna götürüb. 1995-ci ildən 2013- ilin sentyabrınadək "Elm həyat"ın məsul katibi vəzifəsini layiqincə yerinə yetirib. Hazırda Nizami adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər şöbəsində baş mütəxəssis vəzifəsində çalışır. Humanitar elmlər üzrə "Xəbərlər" jurnalının, eyni zamanda şöbədə hazırlanan digər jurnalların redaktə olunaraq nəşrə hazırlanmasında yaxından iştirak edir. Maral xanım həmişə olduğu kimi yenə öz işinə məsuliyyətlə yanaşır. Peşəkar jurnalist redaktor kimi məqalələrin dəqiq redaktə olunmasına, səhvsiz işıq üzü görməsinə diqqət yetirir.

M.Poladovanı hamının gözündə ucaldan onun mənəvi zənginliyi, xeyirxahlığı, qədirbilənliyi gözütoxluğudur. O, ömrünün arxada qalan illərini təmiz pak adla yaşayıb. İki övladından hər birini - 20 saylı uşaq poliklinikasının həkimi Reyhan xanımı oğlu Mehmanı, 4 nəvəsini saf təmiz olmağı aşılayır. Maral xanımın ömür-gün yoldaşı Vaqif Poladov dünyasını vaxtsız dəyişsə , ailəsində yaratdığı zəngin mənəvi mühit indi qorunub saxlanır. Yəqin ki, bu estafeti yeni nəsil davam etdirəcəkdir. Çünki bu ailə ocağının işığını Vaqif Poladov kimi alicənab ata Maral xanım kimi mənəviyyatlı ana yandırıb.

Sözümün sonunda Maral xanımı ad günü münasibətilə təbrik edir, ona cansağlığı qələminin həmişə iti olmasını arzulayıram.

Mehparə AXUNDOVA

 





18.09.2014    çap et  çap et