525.Az

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Naxçıvanın yeri və rolu


 

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Naxçıvanın yeri və rolu<b style="color:red"></b>

(əvvəli ötən saylarımızda)

Naxçıvan
Azərbaycanın qədim tarixə malik regionlarından biridir. Buradakı qədim tarixi abidələr, maddi-mədəniyyət nümunələri Naxçıvanın təkcə Azərbaycanın deyil, bəşəriyyətin təşəkkül tapdığı ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir. Naxçıvan tarixi-mədəni abidələrilə yanaşı həm müxtəlif fəaliyyət sahələrində ölkəmizə əvəzsiz xidmət göstərmiş görkəmli tarixi şəxsiyyətləri ilə məşhurdur. Bu da Naxçıvanın həm maddi-mədəni, həm mənəvi baxımdan zəngin bölgəsi olduğunu göstərir. 

Tarixi şəxsiyyətlər

Naxçıvan görkəmli tarixi şəxsiyyətlərindən, Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvani Əbubəkr oğlu (XII əsrin 20-ci illəri - XII əsrin sonlarında yaşayıb. Əcəmi orta əsr Azərbaycan memarlığına yeni istiqamət verib, özünün sənət dühası ilə Səlcuqilər dövrü memarlığının bir qədər ağır sərt üslubuna böyük incəlik dinamiklik gətirib, Yaxın Şərq memarlığına güclü təsir göstərib. Yaratdığı abidələrin üzərindəki kitabələrdə özünü "Əbubəkr oğlu Əcəmi, Naxçıvanlı memar" adlandıran sənətkarın təsviri sənəti mühəndisliyi memarlıqda üzvi şəkildə birləşdirdiyi aydın görünür. Şərqin böyük dühaları onu "Şeyxül-mühəndis" (mühəndislərin başçısı) adlandırıblar. Əcəminin yaradıcılığı XII əsrdə qüdrətli Azərbaycan Atabəyləri dövlətinin paytaxtı Naxçıvanla bağlı olub. Mühüm beynəlxalq ticarət yolları qovşağında yerləşən, Azərbaycanın siyasi, iqtisadi, mədəniyyət, sənətkarlıq mərkəzi olan Naxçıvanda geniş abadlıq tikinti işləri aparılırdı. Əcəminin ilk məlum abidəsi Yusif Küseyir oğlu türbəsidir. Naxçıvan şəhərinin mərkəzində yerləşən el arasında "Atababa günbəzi" adı ilə tanınan bu türbə 1162-ci ildə tikilib. Təkcə Azərbaycanda deyil, islam aləmində ən hündür incə kompozisiyalı türbələrindən sayılan Möminə xatın türbəsini Əcəmi 1186- ildə Naxçıvanın qərb hissəsində ucaldıb. El yaddaşında "Atabəy günbəzi" adı ilə qalan bu türbə Atabəy Şəmsəddin Eldənizin arvadı, Məhəmməd Cahan Pəhləvanın anası Möminə xatının şərəfinə tikilib. Türbə özünün iri ölçüləri, monumental biçimləri, dinamik silueti ilə böyük bir memarlıq kompleksinin dominantı idi. Memarlıq prinsiplərinin təkmilləşməsi mürəkkəbləşməsi əsasında yaradılmış onguşəli Möminə xatın türbəsi monumental abidədir. Türbə yeraltı hissəsinin quruluşu, xarici səthlərinin bu səthləri bir-birindən ayıran tillərin memarlıq bölgülərinin həlli, eləcə həndəsi ornamentlərin tərtibi cəhətdən misilsiz sənət nümunəsidir. Əcəmi Möminə xatın türbəsinin ornamentlərini həndəsi sistemləri xatırladan mürəkkəb naxış şəbəkəsi ilə hörüb, kufi xətli kitabələri ornament bəzəklərinə uyğunlaşdıraraq, abidənin ümumi kompozisiyasına daxil edilməsinə ustalıqla nail olub.

Əcəminin yaratdığı tikililərdən biri XIX əsrə aid fotodan məlum olan qoşa minarədən bunları birləşdirən baştağdan-portaldan ibarətdir. Bu abidə, Möminə xatın türbəsi daxil olmaqla, böyük bir memarlıq kompleksinin giriş hissəsidir. Bu kompleksə daxil olan XIX əsrə kimi dağınıq halda qalmış Naxçıvan Cümə məscidi, mənbələrdə adı çəkilən "Darülmülk" - Eldənizlər sarayı "Dövlətxana"-hökumət binası da Əcəmi sənətinin nümunələridir.

Əcəmi yaradıcılığı Azərbaycan Yaxın Şərq ölkələri memarlığına böyük təsir göstərib. Marağadakı Göy günbəzdə (1196), Naxçıvandakı Gülüstan türbəsində (XIII əsr), Qarabağlar türbəsində (XII-XIV əsrlər), Bərdə Səlmas türbələrində (XIV əsr), türk memarı Sinanın (XVI əsr) İstanbulda tikdiyi türbələrdə Əcəmi ənənələri yaşayır. 1926- ildə Gəncədə Nizaminin məzarı üstündə abidə qoyularkən Əcəmi irsindən istifadə edilib, Nizami türbəsi Əcəmi dühası ruhunda tikilib. Bakıda ucaldılmış Nizami heykəlinin kürsü hissəsində, Şuşadakı Vaqif türbəsində, Naxçıvan şəhərindəki Hüseyn Cavid  məqbərəsində  Əcəminin  memarlıq  irsinin təsiri aydın hiss olunur.

Əcəminin yaradıcılığı XII əsr Azərbaycan mədəniyyəti ictimai fikrindəki intibahın parlaq təzahürlərindəndir. Abidələrindəki zəriflik, memarlıq bölgülərinin quruluşu, ornament bəzəklərinin oynaqlığı orta əsr anlayışı çərçivəsinə sığmayan bədii təfəkkürün məhsuludur. Onun ornament kompozisiyaları bədiiliklə riyazi fikrin vəhdətinə əsaslanır.

Əcəmi memarlıq sənətinin başlıca problemlərindən olan tektonikliyin (arxitektonika) dünya memarlığında az təsadüf edilən parlaq həllini tapan mühəndis sənətkar olub.

XIII-XIV əsrdə yaşamış məşhur şəxsiyyətlərdən biri tarixçi, dilçi alim, filosof, ədib, mütərcim, şair, katib, dövlət xadimi Hinduşah Naxçıvani Bağdadın Müstənsəriyyə mədrəsəsində oxuyub. Hinduşah Naxçıvani 1275-ci ildə qardaşı, Kaşan hakimi Seyfəddövlə Əmir Mahmudun naibi olub, daha sonra Müstənsəriyyə mədrəsəsində müdərris işləyib. 1289-cu ildə həmin mədrəsə üçün Nəcməddin Katibinin məntiqə dair "Came əd-dəqaiq fi kəşf əl-həqaiq" əsərinin üzünü köçürüb. Əsrin sonlarında maliyyə sistemində çalışıb, bir sıra vilayətlərin hakimi olub, görkəmli dövlət xadimi kimi tanınıb "Fəxr əd-dövlə" ləqəbi alıb. Əlaəddin Ətaməlik Cüveyninin oğlu ilə yaxın dost olmuş Cüveyniyə hörmət əlaməti olaraq "Sahibi" nisbəsini qəbul edib. Hinduşah Naxçıvani türk, ərəb, fars, eləcə pəhləvi (orta fars) dillərini mükəmməl bilib, dərin məlumata malik olması, uzaqgörənliyi, ədəbi zövqü ilə diqqət çəkib. O, fəlsəfə, nücum, riyaziyyat s. elmlərlə məşğul olub, tərcümələr edib. H. Naxçıvaninin zəmanəmizə ərəb dilində yazdığı "Məvarid əl-ərab" antologiyası çatıb, əsər 1307-ci ildə Təbrizdə tamamlanıb. Ərəb xəlifələrinin (56 xəlifə) həyatından, dövrlərindən, onların vəzirlərindən, Əməvilər, Abbasilər Səlcuqilərin tarixindən bəhs edən "Təcarüb əs-sələf" ("Sələflərin təcrübələri") əsəri isə 1324- ildə tamamlanmış Böyük Lur atabəyi Nüsrətəddin Əhməd bin Yusif şaha (1295-1330) ithaf olunub. "Təcarüb əs-sələf" əslində, ərəb alimi İbn Təqtəqinin "Əl-Fəxri" əsərinin fars dilinə tərcüməsi kimi tanınır. Lakin Naxçıvani həmin əsəri fars dilinə səlis tərcümə etməklə yanaşı, onun bəzi hissələrini atıb, özündən çoxlu əlavələr edib, əsəri təkmilləşdirib son nəticədə ərəb variantından 3 dəfə böyük həcmdə başa çatıb. Bu mövzuda fars dilində yazılmış ən mükəmməl əsər hesab olunan "Təcarüb əs-sələf" müəllifin nəsli, özü, Şəmsəddin Cüveyni başqa görkəmli şəxsiyyətlərlə bərabər, Naxçıvan barədə məlumata təsadüf olunur.

XIV əsrdə yaşamış görkəmli mütəfəkkir, şair Fəzlullah Nəiminin Naxçıvana dolayısı ilə bağlılığı var. Nəimi orta əsrlərdə Yaxın Orta Şərqdə geniş yayılmış hürufilik təriqətinin əsasını qoyub. Hürufiliyin fəlsəfi əsasını təşkil edən ardıcıl panteizmin başlıca müddəalarını "Cavidani-Səğir", "Məhəbbətnamə", "Ərşnamə" traktatlarında, qismən "Novmnamə" ("Yuxular haqqında") əsərlərində "Divan"ında şərh edib. Başlıca əsəri "Cavidani-Kəbir"dir ("Cavidannamə"). Hürufilər allahın Fəzlullahda təcəssüm etdiyinə, onun allahın timsalı kimi yerdəki ədalətsizliyi aradan qaldıracağına inanırdılar. Mənbələrdəki məlumatlara görə hürufiliyi təbliğ etdiyi hakim dairələrə qarşı kəskin siyasi mübarizə apardığı üçün Teymurilər Nəimini Naxçıvanda Əlincə qalasına qədər təqib edib, əmir Teymurun əmri ilə onun oğlu Miranşah tərəfindən tutulub edam edilib.

(ardı var)

S.ABDULLAYEVA

 





18.09.2014    çap et  çap et