525.Az

Bilik Fondu jurnalistlər üçün layihə həyata keçirəcək


 

Bilik Fondu jurnalistlər üçün layihə həyata keçirəcək<b style="color:red"></b> “Prezident yanında Bilik Fondu jurnalistlərin yetişməsinə dəstək verəcək”. Lent.az-ın məlumatına görə, bunu Fondun icraçı direktoru Oqtay Səmədov bildirib.
 
Onun sözlərinə görə, orta təhsilin son pilləsində tələbə olmaq istəyənlər bir neçə fənn üzrə hazırlaşırlar. Buna görə də onlarda öz fikirlərini ifadə etmək cəhətdən problemlər yaranır:

“Biz bu istiqamətdə də işlər görə bilərik. Belə ki, gələcəkdə jurnalistika ixtisası üzrə hazırlaşan abituriyentləri bizdə keçiriləcək təlimlərə cəlb edə bilərik.

Fond olaraq biz də jurnalistlərlə təkcə xəbər ötürücüsü olaraq deyil, həm də onlarla əməkdaşlıq edən və eyni məqsədə qulluq edən bir qurum kimi fəaliyyət göstərmək istəyirik. Gələcəkdə yeni layihəyə başlamaq istəyirik ki, bu da “Yaradıcııq fakültələri” adlı layihəmizdir. Jurnalistika üzrə təlimləri bu layihə çərçivəsində icra etmək niyyətindəyik”.
 
O. Səmədovun sözlərinə görə, maddi-texniki baxımdan Fond orta məktəblərə dəstək olmaqda maraqlıdır. O qeyd edib ki, məktəblərə müxtəlif kitabxanalardan kitab gətirilməsi təşkil ediləcək.

“Bununla əlaqədar, biz Azərbaycanın rayonlarında sorğu keçirəcəyik və onların cavablarından biləcəyik ki, hansı məktəbin hansı kitablara ehtiyacı var”.
 





18.09.2014    çap et  çap et