525.Az

Üzeyir Hacıbəylinin məzarı ziyarət olundu


 

Üzeyir Hacıbəylinin məzarı ziyarət olundu<b style="color:red"></b> Bu gün Milli Musiqi Günü münasibətilə Fəxri Xiyabanda görkəmli bəstəkar Üzeyir Hacıbəylinin məzarı ictimaiyyət nümayəndələri və mədəniyyət xadimləri tərəfindən ziyarət olunub.

Lent.az-ın məlumatına görə, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək Milli Musiqi Günü ilə bağlı 11 ölkənin mədəniyyət xadimlərinin Bakıya təşrif gətirdiyini bildirib: “18 sentyabr – Milli Musiqi Günü tariximizdə dəyərli gündür. 11 ölkədən Bakıya qonaqlar gəlib. Onlar 10 gün ərzində müxtəlif konsert proqramları ilə çıxış edəcəklər”.
 
Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə rəhbərlik etdiyi qurumun Milli Musiqi Gününə töhfə verəcəklərini qeyd edib.
 
Daha sonra Milli İncəsənət Muzeyinin bağındakı “Güllələnmiş heykəllər” də ziyarət olunub. Aralarında Üzeyir bəyin də heykəlinin olduğu “Güllələnmiş heykəllərin” qarşısına gül dəstələri qoyulub.
 
Hazırda Milli Musiqi Günü ilə bağlı tədbir Bakı Musiqi Akademiyasında davam edir. 
 
Axşam saat 19.00-da isə Azərbaycan Dövlət Filarmoniyasında təntənəli açılış mərasimi keçiriləcək.
 





18.09.2014    çap et  çap et