525.Az

Bakıda avtobus qəzası: 5 yaralı - Yenilənib


 

Bakıda avtobus qəzası: 5 yaralı - <b style="color:red">Yenilənib</b>

Bakıda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində xəsarət alanlardan bəzilərinin adları məlum olub.

Bakı Şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyevin APA-ya verdiyi məlumata görə, qəza barədə təcili yardıma saat 10.56-da məlumat daxil olub və hadisə yerinə 2 təcili yardım briqadası göndərilib.
 
O qeyd edib ki, 188 saylı sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanların 2-si  Respublika Klinik Xəstəxanasına, 3-ü isə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
 
Respublika Klinik Xəstəxanasına daxil olan yaralılar Cəmilə Əliyeva və Zərifə Məmmədovadır.

*** 11:36

Bakıda yol qəzası baş verib.
 

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, yol qəzası Bakı dairəvi yolunda qeydə alınıb.
 
“DAEWOO” markalı sərnişin avtobusu ilə “Ford” markalı yük avtomobili toqquşub.
 
Qəza nəticəsində xeyli sayda yaralı olduğu bildirilib.

 





18.09.2014    çap et  çap et