525.Az

Məşhur futbolçu faciəli şəkildə öldü


 

Məşhur futbolçu faciəli şəkildə öldü<b style="color:red"></b>

"Dinamo"nun (Kiyev) və Ukrayna millisinin sabiq futbolçusu Andrey Qusin faciəvi şəkildə ölüb.

525.az-ın Qol.Az-a istinadən məlumatına görə, 41 yaşlı keçmiş mərkəz müdafiəçisi motosiklet qəzasında dünyasını dəyişib. İdarəetməni itirərək kənara "uçan" Qusinin həyatını xilas etmək mümkün olmayıb.
 
Qeyd edək ki, A.Qusin 1993-2005-ci illərdə "Dinamo"nun şərəfini qoruyub. O, Kiyev təmsilçisi ilə 7 dəfə Ukrayna çempionu olub. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayan A.Qusinin son iş yeri "Anji" olub.

 





18.09.2014    çap et  çap et