525.Az

Polşada Azərbaycan Bələdçi Kitabı nəşr olunub


 

Polşada Azərbaycan Bələdçi Kitabı nəşr olunub<b style="color:red"></b> Polşalıları Azərbaycan haqqında ətraflı məlumatlandırmaq məqsədilə Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan mədəniyyəti, incəsənəti, musiqisi, memarlığı, tarixi, eposları, mətbəxi və Azərbaycan-Polşa əlaqələri barədə 50 adda müxtəlif kitabların nəşrləri reallaşmaqdadır.

Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən məlumata görə, bununla əlaqədar Azərbaycan Bələdçi Kitabı İSBN kodu ilə nəşr olunaraq Polşa ali məktəblərinə, mərkəzi kitabxanalarına, turizm şirkətlərinə və yerli ictimaiyyətə təqdim edilib.

Nəşriyyat evi Azərbaycan bələdçi kitabını Polşanın Empik şəbəkəsində və bir sıra başqa kitab dükanlarında satışa çıxarıb.
 





17.09.2014    çap et  çap et