525.Az

Keçmiş məhkum: "Hörmət elədim, öldürmədim”


 

Keçmiş məhkum: "Hörmət elədim, öldürmədim”<b style="color:red"></b> Sumqayıt şəhər Baş Polis İdarəsinin əməkdaşları xuliqanlıq edən şəhər sakini Samir Məhərrəmovu həbs edib.
 
APA TV-nin məlumatına görə, bir neçə epizodda təqsirli bilinən Məhərrəmov vətəndaşlara xəsarət yetirməkdə təqsirli bilinir. İbtidai istintaq zamanı məlum olub ki, saxlanılan şəxs 12-ci mikrorayon ərazisində  idarə etdiyi velosipedi qəsəbə sakini Həbibə Allahverdiyevanın üstünə sürüb. Qadın ona etirazını bildirib və Samir Məhərrəmov etirazı təhqir kimi qəbul edərək qadını döyməyə başlayıb.
 
Saxlanan şəxs qadının ona söyüş söydüyünü deyir:

“Gördüm ki, söyüş söyür, velosipeddən düşdüm, dedim ki, ay, xala nə deyirsən? Söydü, mən də vurdum.

Qadın yıxılıb yerdə qaldı, sonra götürüb apardılar . Sonra oğlanları üstümə gəldi, onları da döydüm”.
 
İstintaq zamanı məlum olub ki, zərərçəkənin oğlu hadisədən 2 gün sonra 30 saylı məktəbin qarşısında Məhərrəmov tərəfindən bıçaqlanıb. Bundan başqa saxlanılan şəxs aralarında yaranmış münaqişə nəticəsində  Sumqayıt sakini Əhmədov Faiq  İsa oğlunun başına butulka vuraraq ona az ağır xəsarət yetirib.  Samir Məhərrəmov törətdiyi əməllərə görə peşman olmadığını deyib:
 
“Peşman deyəndə ki, nə etmişəm axı? Ona dedim ki, anamı söymə. Əslində ona hörmət eləmişəm, öldürməmişəm ki, burnunu sındırmışam. Ona nə isə etmək istəsəydim, oğlanlarından əl çəkməzdim.

Oğlanlarına da heç nə etməmişəm”.
 
Qeyd edək ki, Samir Məhərrəmov hərbi xidmətdə olduğu müddətdə nizam intizamı kobud şəkildə pozduğu üçün məsuliyyətə cəlb olunub və məntəqə tipli koloniyada  2 il cəza çəkib.
 





17.09.2014    çap et  çap et