525.Az

Qızıl Xaç Azərbaycana keçən erməniyə baş çəkdi


 

Qızıl Xaç Azərbaycana keçən erməniyə baş çəkdi<b style="color:red"></b>

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri bir müddət əvvəl Azərbaycanın Qazax rayonunda sərhədi keçən Ermənistan vətəndaşına baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, görüş sentyabrın 16-da baş tutub. Saxlanılan şəxsdən ailəsi üçün məlumat alınıb.
 
Qeyd edək ki, avqustun 26-da Ermənistan vətəndaşı, 1961-ci il təvəllüdlü Ananyan Sarkis Norikoviç Azərbaycan-Ermənistan dövlət sərhədini pozaraq qeyri-qanuni olaraq ölkəmizin ərazisinə keçib.

 





17.09.2014    çap et  çap et