525.Az

"Naxçıvan diyarının ən qədim sakinləri indiki əhalinin ulu babaları olublar"


 

"Naxçıvan diyarının ən qədim sakinləri indiki əhalinin ulu babaları olublar"<b style="color:red"></b>

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana qarşı uzun illərdir ermənilər əsassız ərazi iddiaları ilə çıxış edirlər. Onlar bu iddialara "həqiqət" donu geyindirir, qanuniləşdirmək üçün hətta saxta tarixçilik metodologiyasına da baş vururlar. Cənubi Qafqazda Rusiyanın forpostu kimi tanınan Ermənistan dövləti isə xarici ölkələrdəki erməni diasporunun imkanlarından yararlanaraq, bu "həqiqətlərə", əsassız iddialara siyasi, eyni zamanda dini çalar qatır, sözügedən məsələni dünya mətbuatında tez-tez gündəmə gətirir, Azərbaycana ümumiyyətlə türkçülüyə qarşı mənfi rəylərin formalaşmasına çalışırlar. Ermənilər tərəfindən istər internet saytlarında, istərsə dərc olunan kitab, məqalə dövrü mətbuatlarda Naxçıvanın hal-hazırda Azərbaycanın sərhədləri daxilində olmasına baxmayaraq, guya tarixən erməni ərazisi olduğu şəklində əsassız iddialara yer verilir. Çox təəssüf ki, bəzi hallarda üzdəniraq qonşumuzun bu "xəstəliyini" təqlid edənlər tapılır. Buna misal olaraq, Şimali İraqın Kürdistan Muxtar Bölgəsinin lideri Məsud Barzaniyə yaxınlığı ilə tanınan "Rüdaw" televiziyasında Naxçıvanla bağlı əsassız iddialarını göstərmək olar. Belə ki, bu yaxınlarda adıçəkilən televiziya kanalında hava proqnozu qondarma böyük Kürdüstanın xəritəsi üzərində göstərilib. Xəritədə Cənubi Azərbaycanın, Suriyanın, Türkiyənin, həmçinin İraqın türkmənlər yaşayan əraziləri Naxçıvan Muxtar Respublikasının bir hissəsi qondarma böyük Kürdüstan ərazisinə daxil edilib. Buna etiraz edən "Rüdaw"a sorğu göndərən Azərbaycan tərəfinə televiziya kanalının rəsmisi heç bir yanlışlığa yol vermədiklərini, xəritədə göstərilən ərazilərin qondarma böyük Kürdistanın torpaqlarına daxil olduğunu bildirib. Eyni zamanda o, həyasızlıqla xəritədəki ərazilərin tarixi, əzəli kürd torpaqları olduğunu iddia edərək, tarixə nəzər salmağı tövsiyə edib. Sonda Naxçıvanın da tarixi kürd torpağı olduğunu vurğulayıb.

Halbuki, Naxçıvan Muxtar Respublikası (NMR) azərbaycanlıların ən qədim yurd yerlərindən biri, Azərbaycan Respublikasının isə ayrılmaz tərkib hissəsidir. Aşkar olunmuş maddi-mədəniyyət nümunələri burada qədim daş dövründən bəri insanların yaşadığından xəbər verib. Tədqiqatlar göstərib ki, hələ 100-35 min il bundan əvvəl başlamış Mustye mədəniyyəti dövründə burada ibtidai insanların məskunlaşmasına şərait yaranıb. Azərbaycanın digər bölgələrində olduğu kimi Naxçıvanda da geniş miqyaslı elmi tədqiqatlar aparılıb, regionun tarixi bütün dövrlər mərhələlər üzrə müfəssəl şəkildə öyrənilib. Naxçıvan haqqında qədim yunan, latın, roma, ərəb, iran tarixçiləri, coğrafiyaşünasları səyyahlarının əsərlərində maraqlı məlumatlara rast gəlinib. Muxtar Respublikanın paytaxtı Naxçıvan şəhəri haqqında ilk yazılı məlumata isə II əsrdə yaşamış məşhur yunan coğrafiyaşünası astronomu Klavdi Ptolomeyin "Coğrafiya" adlı əsərində təsadüf edilib. Həmin əsərdə şəhərin adı Naksuana olaraq qeyd olunub. XIX əsrin 70-ci illərində Naxçıvan duz mədənlərindən qədim daş alətlərinin tapılması, həmçinin 1879-cu ildə rus alimi İ.V.Polyakovun Naxçıvanda olarkən buradakı duz mədənlərindən bir neçə ədəd daş balta aşkar etməsi, 1895-ci ildə Araz çayının sahilində Qızılburun adlandırılan yerdə təsərrüfat xarakterli qazıntı işləri aparılarkən qədim bir qəbirdən boyalı gil qab nümunələrinin tapılması, 1926- ildə A.A.Miller tərəfindən Qızılburunda üzərində insan təsviri olan daşın aşkar edilməsi başqa qədim tapıntıların tədqiqi Naxçıvanın 5 min ildən yuxarı yaşı olduğuna dəlalət edib. Ordubad rayonu ərazisindəki, Kiçik Qafqazın ən uca zirvəsində III-II minilliyin tunc dövrünə aid Gəmiqaya rəsmləri, hətta Naxçıvanın Nuh peyğəmbərin gəmisinin dayanacaq yeri olması Nuh tərəfindən salınmış ilk şəhər olduğu iddiası Naxçıvanı qədim dünyanın digər ilkin şəhər mədəniyyəti ocaqları ilə müqayisə etməyə əsas verib.

Coğrafi mövqeyinə tarixi-siyasi şəraitə görə Naxçıvanın bütün əsrlər boyu yadellilərin hücumuna məruz qalması, dövrün qüdrətli ordularının döyüş meydanına çevrilməsi, dəfələrlə dağıdılması da məlumdur. Tarixi mənbələr sübut edir ki, 655-ci ildə müsəlman ərəblərin Naxçıvanı tutaraq xilafətə daxil etməsi bölgədə islamlaşma prosesinə start verib. İslam dininin qəbul edilməsiylə Naxçıvanda İslam mədəniyyətinin əsası qoyulub. Amma ərəb xilafəti zəiflədiyi zaman Naxçıvan Azərbaycanda qurulmuş yerli feodal dövlətlərinə tabe olub. Belə bir zamanda Mərkəzi Asiyadan Kiçik Asiyaya axın edən Səlcuq Türkləri 1064- ildə Naxçıvanı da tutaraq burada ərəb təsirinin yayılmasının qarşısını alıb, Türk-İslam mədəniyyətinin formalaşmasına çiçəklənməsinə təkan veriblər. Səlcuqlu dövlətinin mövcudiyyəti Yaxın Orta Şərqin bir çox ölkəsinin, o cümlədən Azərbaycanın tarixi taleyində mühüm rol oynayıb. Bir sıra türk xalqlarının formalaşması, türk dillərinin geniş yayılması, elm mədəniyyətin inkişafı Səlcuq türklərinin adı ilə bağlıdır. XII əsrdə Səlcuqlular dövlətinin Atabəyliklərə parçalanaraq süqut etməsi nəticəsində atabəylərdən biri olan Şəmsəddin Eldəniz Azərbaycan Atabəylər Dövlətinin (1136-1225) əsasını qoyub Naxçıvan şəhəri XII əsrin 70-ci illərinədək bu dövlətin paytaxtı olub. Sonralar Naxçıvan 1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Manqburnının, XIII-XIV əsrlərdə Hülakilərin, Çobanilərin, Cəlarilərin, XV əsrdə Qaraqoyunlu (1410-1467), Ağqoyunlu (1467-1501) dövlətlərinin, Səfəvilərin (1501-1724), Osmanlının (1724-1736), Nadir xanın (1736-1747) hakimiyyətinə keçib.

1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycan ərazisi müstəqil xanlıqlara parçalanıb. Bu xanlıqlardan biri Zəngəzur dağlarından Araz vadisinə qədər olan ərazini əhatə edən Naxçıvan xanlığı olub. Təəssüf ki, XIX əsrin ilk illərindən başlayaraq Azərbaycan, Rusiya-İran ordularının döyüş meydanına çevrilib. 1813- ildə tərəflər arasında imzalanmış Gülüstan müqaviləsinə əsasən Azərbaycan torpaqları uğrunda gedən I Rusiya-İran müharibəsi (1804-13) dayandırılıb, işğal olunmuş torpaqlar bölüşdürülən zaman Naxçıvan xanlığı İrana verilib. II Rusiya-İran müharibəsi (1826-1828) zamanı 1827-ci ilin iyununda Naxçıvan xanlığı Rus qoşunları tərəfindən işğal olunub, 1828-ci ildə Azərbaycan xalqının ikiyə bölünməsi kimi tarixi faciəni müəyyən edən təsdiqləyən Türkmənçay müqaviləsinə əsasən İrəvan xanlığı ilə birlikdə Rusiyaya birləşdirilib. 1828-ci il martın 21- I Nikolayın fərmanı ilə ləğv edilmiş Naxçıvan İrəvan xanlıqlarının ərazisində süni şəkildə "erməni vilayəti" yaradılıb, İrandan Türkiyədən 10 minlərlə erməni ailəsi Naxçıvana köçürülərək diyarın demoqrafiq strukturu dəyişdirilməyə çalışılıb. Bütün bunlar Rusiya Çarlığının regiondakı siyasətini həyata keçirmək üçün istifadə edəcəyi, gələcəkdə ona forpost olacaq oyuncaq "xristian erməni dövləti" qurmaq planının bir parçası idi. 1840- ildə çar hökumətinin Qafqazda apardığı inzibati islahata əsasən Naxçıvan diyarı Gürcüstan-İmeretiya quberniyasının tərkibində Naxçıvan qəzası kimi təşkil olunub, 1849-cu ildə isə İrəvan quberniyasının tərkibinə keçirilib. Aparılan inzibati islahatlarla Naxçıvan xanlığının ərazisi planlı şəkildə digər inzibati vahidlər arasında bölüşdürülərək azaldılıb, bölgəyə ermənilərin köçürülməsi siyasəti davam etdirilib. Naxçıvan Rusiyanın ucqar müstəmləkəsinə çevrildikdən sonra xarici hücumlardan ara müharibələrindən xilas olub iqtisadiyyat, elm təhsil sahəsində müəyyən nailiyyət əldə etsə XIX əsrin sonlarından etibarən erməni bəlasına düçar olub, XX əsrin əvvəllərindən başlayaraq əhali erməni daşnaklarının törətdikləri terror aktlarına məruz qalıb.

Xronologiyadan da aydın olur ki, Naxçıvanın erməni ya kürd torpağı olması barədə iddiaların heç bir əsası yoxdur. Üstəlik, tarixi mənbələrdə bu ərazidə qondarma böyük Kürdüstan adlı dövlətə rast gəlinmir. XX əsrin əvvəllərində Naxçıvanın durumuna gəlincə, həmin vaxt Naxçıvanda qurulmuş Araz-Türk Respublikası mürəkkəb hərbi-siyasi şəraitdə bu diyarın erməni təcavüzündən xilas edilməsinə ölkənin ərazi bütövlüyünün təmin olunmasına uğurla xidmət edib. AMEA-nın vitse-prezidenti, akademik, Milli Məclisin Naxçıvandan seçilən deputatı İsa Həbibbəylinin təəbirincə desək, Naxçıvan Araz-Türk Respublikasını təmsil edənlərin istiqlalçılıq idealları uğrunda mübarizəsi 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti dövründə yeni yaranmış müstəqil dövlətin ümummilli maraqlarının qorunmasına möhkəmləndirilməsinə etibarlı dəstək olub. 1920-ci ildə bolşeviklərin hakimiyyətə gəlməsi nəticəsində Naxçıvan SSR-in elan edilməsi isə əslində Sovet Rusiyasının Naxçıvanı tədricən Azərbaycan SSR-dən ayırıb Ermənistan SSR-in tərkibinə daxil etmək istiqamətindəki məkrli oyunlarının təzahürü olub. Lakin Azərbaycanın dövlətlərarası münasibətlərində mühüm tarixi əhəmiyyəti olan 1921-ci ilin Moskva Qars müqavilələri ilə Naxçıvanın Azərbaycan SSR-in tərkibində muxtariyyat statusu qazanması təmin edilib. Moskva Qars beynəlxalq müqavilələri Azərbaycan dövlətinin tərkib hissəsi qismində NMR-in hüquqi-siyasi təminatı olub. Bütün bunlar isə 9 fevral 1924- ildə Azərbaycan SSR-in tərkibində NMR-in yaradılmasına səbəb olub. 1991-ci ildə Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra isə NMR ölkəmizin ayrılmaz tərkib hissəsi kimi dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edib.

Naxçıvana qarşı erməni kürd iddialarına münasibət bildirən akademik İsa Həbibbəyli çoxəsrlik tarixə malik Naxçıvan diyarının həmişə Azərbaycanın tərkib hissəsi, qədim türk-oğuz yurdu olduğunu bildirib. Qeyd edib ki, "Kitabi -Dədə Qorqud" dastanlarındakı yer adlarının çoxu Naxçıvan ərazisində indi yaşamaqdadır. O, buna misal kimi, Əlincə qalası, Dəvəşam, Şərur, Qaraçuq, Altuntaxt, Buğa çeşmə, Qazan göl, Sədərək, Günortac sair adları sadalayıb: "Ən qədim dövrlərdə, miladın əvvəllərindən etibarən orta əsrlərədək Naxçıvan həmişə bir parçası olduğu ana Vətəni - Azərbaycanı təmsil edib. Tarixin müxtəlif dövrlərində Naxçıvan Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin məsuliyyətli imtahanlarından keçib. Böyük İpək yolunun üzərində yerləşməsi bu diyarda iqtisadiyyatla yanaşı, elmin sənətkarlığın da inkişafına səbəb olub. Naxçıvandan Şərqə: Təbriz-Həmədan-Məşhəd-Aşqabad yolları bu regiona türk-müsəlman sivilizasiyalarının axınlarını, buradan Qərbə: İrəvan-Tiflis-Batum-Ərzurum-Trabzon-İstanbul, yaxud Tiflis-Rostov-Moskva-Peterburq-Varşava yolları bura Avropa düşüncəsini gətirib. Bu mənada Naxçıvan - Şərq ağırlıqlı Qərb düşüncəsini mədəniyyətini özündə əks etdirir. Şərq müsəlman təfəkkürü , Qərb iqtisadi-maarifçi təsəvvürləri burada möhkəm milli əsaslara malik olan Naxçıvanın süzgəcindən keçərək özünəməxsus şəkildə həyata vəsiqə alıb. Nəticədə Naxçıvanda qədim zamanlardan etibarən millilik dünyəvilik baxışları aparıcı faktora çevrilib. Bir müddət Azərbaycan Atabəyləri dövlətinin paytaxtı funksiyasını uğurla həyata keçirməsi isə burada milli dövlətçilik təfəkkürünün formalaşmasında mühüm rol oynayıb".

AMEA Naxçıvan Bölməsinin sədri, akademik, Milli Məclisin deputatı İsmayıl Hacıyev isə əsassız erməni kürd iddialarından danışarkən, 1996- ildə keçirilən "Uluslararası qaynaqlarda Naxçıvan" Beynəlxalq Simpoziumuna diqqət çəkib. Deyib ki, bu Simpozium Naxçıvan tarixinin öyrənilməsində xüsusi bir mərhələ təşkil edib. Onun sözlərinə görə, ilk dəfə həmin Simpoziumda Naxçıvan tarixi bütün yönləri ilə tədqiqata cəlb edilib, tarixi qaynaqlara istinad olunub, bununla da məkrli düşmənlərimizə  layiqli cavab verilib: "1996- ildə keçirilən Simpoziumda bəlli oldu ki, dünyanın müxtəlif arxivlərində, muzeylərində, elmi mərkəzlərində, Naxçıvanın tarixi, mədəniyyəti ilə bağlı xeyli sayda materiallar mövcuddur. Ondan sonrakı illərdə keçirilən 8 beynəlxalq simpozium, o cümlədən "Nuh peyğəmbər, Dünya tufanı Naxçıvan", "Naxçıvan: ilk yaşayış şəhərsalma yeri kimi", "İlkin şəhər Duzdağ" simpoziumları Naxçıvan tarixinə aydınlıq gətirib, yeni-yeni materiallar dövriyyəyə daxil edilib, Naxçıvanın qədim, orta əsrlər, yeni ən müasir tarixi barədə araşdırmalar aparılıb, maraqlı kitab monoqrafiyalar nəşr edilib. "Naxçıvan: ilk yaşayış şəhərsalma yeri kimi" beynəlxalq simpoziumun əvvəlkilərdən ən mühüm fərqi isə ondan ibarət olub ki, burada Naxçıvanın qədim yaşayış yerləri, arxeoloji abidələri ilkin şəhər mədəniyyətinin formalaşmasına diqqət yetirilib. Əslində bunlar Naxçıvan tarixinin əsasını təşkil edir, sonrakı tarix bu zəmin üzərində yaranıb. Ona görə "Naxçıvan: ilk yaşayış şəhərsalma yeri kimi" beynəlxalq simpozium Naxçıvanşünaslığın öyrənilməsində yeni mərhələ olub. Bunun çox böyük elmi, tarixi siyasi əhəmiyyəti var. Bununla həm məkrli düşmənlərimizə  layiqli cavab verilib. Əsassız iddiaların qədər yalan uydurma olduğu üzə çıxıb. Tam əminliklə demək olar ki, Naxçıvan diyarının ən qədim sakinləri indiki əhalinin ulu ata-babaları olublar, yaradılan mədəniyyət onlara məxsusdur. Bunlarla yanaşı, NMR Ali Məclisinin Sədri Vasif Talıbovun 6 avqust 2012-ci il tarixli sərəncamı əsasında hazırlanmış "Əcəmi" nəşriyyatında 2013- ilin axırlarında nəşr edilmiş 3 cildlik "Naxçıvan tarixi"nin birinci cildi qədim diyarın möhkəm elmi əsaslara malik mükəmməl tarixi salnaməsini yaratmaq istiqamətində atılmış böyük addımdır".

Beləliklə, həm tarixi faktlar, həm alimlərin gəldiyi qənaət bir daha onu deməyə əsas verir ki, Azərbaycana, o cümlədən qədim türk diyarı Naxçıvana qarşı əsassız ərazi iddialarının heç bir məntiqi tarixi əsası yoxdur. Bu barədə sərsəmləmələr yalnız yalnız böyük güclərin dəstəyini görən, onların aləti funksiyasını yerinə yetirən bəzi qüvvələrin uydurması, siyasi təxribatıdır.

Elmar HÜSEYNOV
Naxçıvan Muxtar Respublikası Culfa rayonu, Bənəniyar kəndi

 





17.09.2014    çap et  çap et