525.Az

Qərib Mehdidən «Elçin-el üçün»


 

Qərib Mehdidən «Elçin-el üçün» <b style="color:red"></b>

Bu yaxınlarda yazıçı-publisist Qərib Mehdinin «Elçin-el üçün» kitabı işıq üzü görüb.

Portret cizgiləri kimi nəzərdə tutulan kitab şair-alim Elçin İsgəndərzadənin 50 illiyinə həsr olunub. Kitaba yazıçı-publisist Ümbülbanu «Xoşbəxt- tamaşaya gələnlərdir» adlı ön söz yazıb:

«Müəllif şagirdinə olan məhəbbətini- «şair-alim Elçin İsgəndərzadənin 50 yaşına ustad ərməğanı» sözləri ilə başlayır, oxucunu xatirələrin qanadına alıb, bir qədər geriyə -16 may, 2004-cü ildə keçirilmiş Azərbaycan yazıçılarının XI qurultayına aparır. Bu qurultayda ustadla-şagirdin uzun illərdən sonrakı görüşü maraqlı epizodlarla təsvir olunur. İndi nəinki respublikamızda, hətta dünyanın bir çox ölkələrində tanınan şagirdinin çıxışına həyəcanla, fəxrlə qulaq asan ustadın sevinci, natiq-şagirdin kürsüdən endikdən sonra ustadıyla görüşü özünəməxsus bir dildə oxucuya çatdırılıb». 

Firəngiz İdrisqızının redaktoru olduğu kitabdakı materiallar üç hissədə toplanıb.

Kitabda Elçin İsgəndərzadənin həm yaradıcılığı, həm də şəxsi keyfiyyətləri ilə bağlı Qərib Mehdinin düşüncələrinin qələmə alındığı məqalələr yer alıb. Nəşrdə həmçinin E.İsgəndərzadənin müəllifi olduğu bədii və tərcümə kitablarının siyahısı və fotoqalereya təqdim edilib.

S.MÜRVƏTQIZI

 





16.09.2014    çap et  çap et