525.Az

Kompüter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsi üçün vəsait ayrılıb


 

Kompüter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsi üçün vəsait ayrılıb<b style="color:red"></b> Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində "Gənclər siyasəti üzrə Birinci Qlobal Forum"un və Kompüter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, 2014-cü ilin oktyabr-noyabr aylarında Bakı şəhərində "Gənclər siyasəti üzrə Birinci Qlobal Forum"un və Kompüter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
 





02.09.2014    çap et  çap et