525.Az

Dünya gözəlləri Azərbaycana gəlir


 

Dünya gözəlləri Azərbaycana gəlir<b style="color:red"></b> Bütün dünyadan olan gözəllər nüfuzlu "Miss Globe International" 89-cu beynəlxalq gözəllik müsabiqəsinin finalında iştirak etmək üçün Azərbaycana gəlirlər. Müsabiqə RGA (prezident Rasim Aydın) və Z COMPANY 2007 (prezident Zamiq Yunisov) şirkətləri tərəfindən təşkil edilib.

Trend-in məlumatına görə, müsabiqə iştirakçıları təşkilat komitəsinin nümayəndələrinin rəhbərliyi altında təlim keçirlər və türkiyəli mütəxəssislər Onur Xazar (xoreoqraf) və Melike Yaşılyol (moda üzrə direktor) ilə məşqlərə başlayıblar.

"Miss Globe International" müsabiqəsinin finalı ilk dəfə olaraq Azərbaycanda sentyabrın 14-də "Baku Crystall Hall"da keçiriləcək. Müsabiqədə 120 ölkənin nümayəndəsinin iştirakı gözlənilir. Müsabiqənin finalında iştirak etmək üçün xüsusi olaraq Bakıya məşhur ifaçılar və aktyorlar gələcəklər. Onların arasında Demet Akalın, Gürkan Uyqun, Gökhan Özen, Kaan Gülsoy və İnna, rəqqasə Asena və Rumıniyanın "Radio Killer" qrupu var. Müsabiqə dünyanın 70-dən çox ölkəsində yayımlanacaq.

"Miss Globe International" dünyada məşhur olan gözəllik müsabiqəsidir. Müsabiqədə irsi, dini inancı və milliyətindən asılı olamayaraq 18-24 yaşlı subay qızlar iştirak edirlər. Müsabiqə ilk dəfə 1925-ci ildə İstanbulda, sonra isə ABŞ, Malta, Kipr, Albaniya və digər ölkələrdə keçirilib. Müsabiqənin qaliblərindən biri Merilin Monro olub.

Müsabiqənin informasiya dəstəyi TREND, Day.az və Milli.az-dır
 





02.09.2014    çap et  çap et