525.Az

İraqın şimalı “İŞİD”dən təmizlənir


 

İraqın şimalı “İŞİD”dən təmizlənir<b style="color:red"></b>  İraqda 33 yaşayış məntəqəsi “İslam Dövləti” (İŞİD)qruplaşmasından təmizlənib.

APA-nın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, İraq ordusu, kürd peşmərgə dəstələri və şiə könüllüləri birgə əməliyyat keçirərək Süleymanbek yaşayış məntəqəsini azad ediblər. Nəticədə Əmirli-Kərkük yolu təkrar açılıb və üç bölgə üzərində nəzarət bərpa olunub.
 
Bildirilir ki, “İslam Dövləti” qruplaşmasına qarşı irimiqyaslı əməliyyat hazırlanmaqdadır.
 





02.09.2014    çap et  çap et