525.Az

“Ölkəyə idxal olunan dərman preparatlarına güclü nəzarət mövcuddur”


 

“Ölkəyə idxal olunan dərman preparatlarına güclü nəzarət mövcuddur”<b style="color:red"></b>  “Lisenziya, xüsusi icazə olmadan və müvafiq sənədlər təqdim olunmadan Azərbaycan gömrük orqanları heç bir dərman preparatını Azərbaycan ərazisinə buraxmır”.
 
“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
 
Onun sözlərinə görə, psixotrop maddələrin və buna bənzər digər dərmanların dövriyyədən götürülməsi gömrük orqanının ixtiyarındadır:

“Bəzi vətəndaşlar digər ölkələrə getdikdə öz tələbatı üçün resept əsasında dərman gətirir. O dərmanlar resept əsasında ölkəyə gətirilirsə, gömrük orqanları bununla bağlı heç bir tədbir görə bilməz. Ölkəyə idxal olunan dərman preparatlarına isə güclü nəzarət mövcuddur”.
 





02.09.2014    çap et  çap et