525.Az

İtaliyanın baş naziri Azərbaycana gəlir


 

İtaliyanın baş naziri Azərbaycana gəlir<b style="color:red"></b> İtaliyanın Baş naziri Matteo Renzi Azərbaycana səfər edəcək.

525.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, bu barədə o, keçirdiyi mətbuat konfransında məlumat verib.

Sentyabrın ikinci yarısına planlaşdırılan səfər çərçivəsində Azərbaycan qazını İtaliya vasitəsilə Avropaya çatdıracaq “Trans-Adriatik” (TAP) boru kəməri layihəsi ilə bağlı məqamlar diqqət mərkəzində olacaq.

Bununla yanaşı, iki ölkə arasında əlaqələrin son durumu, müxtəlif sahələrdə münasibətlərin inkişaf perspektivləri də görüşlərdə əsas müzakirə mövzusu olacaq.
 





02.09.2014    çap et  çap et