525.Az

Azərbaycanlı merin qətlində şübhəli bilinən 4 nəfər saxlanılıb


 

Azərbaycanlı merin qətlində şübhəli bilinən 4 nəfər saxlanılıb<b style="color:red"></b> Ukraynanın Kremençuq şəhərinin meri olmuş Oleq Babayevin qətlində şübhəli bilinən 4 nəfər saxlanılıb.
 
APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
 
Operativ-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərdən ən gəncinin 22 yaşı var.
 
Hazırda istintaq davam edir.
 
Xatırladaq ki, milliyyətcə azərbaycanlı olan O. Babayev iyulun 26-da səhər saatlarında evinin yaxınlığında qətlə yetirilib. Onun qətli ilə bağlı Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsi (qəsdən adamöldürmə) ilə cinayət işi açılıb.
 
 





02.09.2014    çap et  çap et