525.Az

Abşeron sakini it gəzdirdiyinə görə bıçaqlanıb


 

Abşeron sakini it gəzdirdiyinə görə bıçaqlanıb<b style="color:red"></b>

Abşeron rayonu, Məhəmmədi kənd sakini Natiq Məmmədov bıçaqlanıb.

APA TV-nin məlumatına görə, onun bıçaqlanmasına səbəb qısa tumanda məhəlləyə çıxaraq it gəzdirməsidir.

Teymur Ağabəyov törətdiyi əməli qonşusunun söyüş söyməsi ilə əsaslandırır: “Məhəllədə yanında it dayanmışdı, dedim get gir içəri, başladı söyüş söyməyə”.

Natiq Məmmədovun iti gecələr hürdüyünə görə qonşuluqda yaşayan Teymur Ağabəyov ona dəfələrlə irad tutub, amma qarşı tərəf buna əhəmiyyət verməyib. Ötən gün yenidən iti həyətə çıxaran Natiqlə Teymur rastlaşıblar. İti məhəlləyə çıxararaq hürdürməsi və qısa tuman geyinməsi Teymur Ağabəyovun xoşuna gəlməyib və qonşusunu təhqir etməyə başlayıb. Tərəflər arasında mübahisə başlayıb və Ağabəyov bıçaq götürmək üçün evə girib.

“Anası və arvadı həyətdə idi. Məni görüb içəri girdi, çağırdım, çıxan kimi vurdum”

Qonşusunu vurandan sonra qaçıb gizlənən Teymura ailə üzvləri zəng vurub evə polis əməkdaşlarının onlara gəldiyini bildiriblər. Bundan sonra Teymur Ağabəyov könüllü olaraq polisə təslim olub. Qeyd edək ki, hadisə baş verən gün saxlanılan şəxs içkili vəziyyətə olub.

 





02.09.2014    çap et  çap et