525.Az

Bolqarıstan prezidenti Azərbaycana gələcək


 

Bolqarıstan prezidenti Azərbaycana gələcək<b style="color:red"></b>

Bolqarıstan prezidenti Rosen Plevneliyev sentyabrın üçüncü həftəsində Azərbaycana səfər edəcək.

APA-nın məlumatına görə, səfərdə məqsəd Trans-Adriatik (TAP) boru xəttinin təməlqoyma mərasimində iştirak etməkdir.

Tədbirdə Türkiyə, Yunanıstan, Albaniya və digər ölkələrin prezidentlərinin də iştirakı gözlənilir.

Xatırladaq ki, daha əvvəl Bolqarıstanın prezidenti  bildirib ki, gələcəkdə Türkiyə və Bolqarıstan arasında qaz boru sisteminin işə salınması Bolqarıstanın Azərbaycandan, eləcə də İran, Qatar və digər ölkələrdən qaz almasına imkan yaradacaq.

 





02.09.2014    çap et  çap et