525.Az

Gürcü nazirlər Bakıya gəlir


 

Gürcü nazirlər Bakıya gəlir<b style="color:red"></b>

Gürcüstanın xarici işlər naziri Maya Pancikidze ilə energetika və təbii sərvətlər naziri Kaxa Kaladze Bakıya səfər edəcəklər.

Gürcüstanın Azərbaycandakı səfirliyindən APA – ya verilən məlumata görə, səfər 8-9 sentyabr tarixlərində gerçəkləşəcək.
 
Gürcüstan nümayəndə heyətinin üzvləri sentyabrın 9-da Bakıda keçiriləcək "Şərq tərəfdaşlığı" ölkələrinin energetika nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcəklər.

 





02.09.2014    çap et  çap et