525.Az

Təhsil Nazirliyi məktəb direktorlarını topladı


 

Təhsil Nazirliyi məktəb direktorlarını topladı<b style="color:red"></b>

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Sağlam təhsil sinfi” layihəsi çərçivəsində 100 məktəb direktoru üçün seminar keçirilib.
 
Lent.az-ın məlumatına görə, nazirliyin aparıcı məsləhətçi Afət Süleymanova jurnalistlərə bildirib ki, Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının tətbiqi istiqamətində bir çox addımlar atılır və bunlardan biri də “Sağlam təhsil-sağlam millət” layihəsidir. Onun sözlərinə görə, bu layihə ötən ildən həyata keçirilməyə başlanıb:

“Bir çox araşdırma aparılıb, beynəlxalq təcrübə öyrənilib, monitorinqlər həyata keçirilib. Layihə çərçivəsində respublikanın müxtəlif məktəblərin ayrı-ayrı yaş hədlərində uşaqlar tibbi müayinələrə cəlb edilir, sağlamlıq durumları öyrənilir. Araşdırmalar göstərir ki, artıq uşaqların təhsil mühitində sağlamlığının qayğısına qalmağın vaxtı gəlib çatıb. Bu məqsədlə layihə çərçivəsində Bakı şəhərinin 5 məktəbində, Sumqayıt şəhərinin 1 məktəbində hər məktəbdə 2 sinif olmaqla “Sağlam təhsil sinfi” yaradılıb.

A.Süleymanovanın sözlərinə görə, bu layihəni Rusiyada təqdim edən akademik Vladimir Filippoviç Bazarnı keçən ilin sentyabrında Azərbaycana gəlib və layihə barədə müvafiq məlumatlandırma aparıb:

“Növbəti mərhələdə bu layihə 100 məktəbdə pilot layihə kimi tətbiq olunacaq. Belə bir məsuliyyət işin ərəfəsində Təhsil Nazirliyi belə bir qərar gəldi ki, Vladimir Filippoviç Bazarnı yenidən Azərbaycana dəvət olunsun və növbəti mərhələdə pilot olaraq tətbiq olunacaq 100 məktəbin direktoru, psixoloqları, tibb heyəti, eyni zamanda siniflərin müəllimləri seminarlara dəvət olunsunlar. Bu gün 100 məktəbin direktoru seminara cəlb olunub və onlara çərçivəsində layihədə barədə ətraflı məlumat verəcək".

 V.Bazarnının sistemi Rusiyanın müxtəlif regionlarında tətbiq edilir. Artıq 3 mindən artıq təhsil müəssisəsində bu metodika həyata keçriilir. Bununla yanaşı xarici ölkələrdə də bu sistem tətbiq olunmaqdadır.

 





02.09.2014    çap et  çap et