525.Az

Mədəniyyətimizdə nəzakət anlayışı


 

Mədəniyyətimizdə nəzakət anlayışı<b style="color:red"></b>

Nəzakət bir insanlıq sənətidir. Dönüb geriyə - mədəniyyət tariximizə baxsaq millətimizin qədər qədim, humanist, xeyirsevər, nəzakətli bir mədəniyyətə, ənənəyə sahib olduğunu görər, dərk edərik. Bu estetik mədəniyyət, insanpərvərlik millət toplum olaraq zaman-zaman könül dünyamızı ictimai həyatımızı təmsil edib, içimizdə, ruhumuzda gözəllik, sevgi yaradıb. Bizi əsl millət edən bu qiymətli dəyərlərimizi öyrəndikcə, tanıdıqca kökümüzlə, genetik yaddaşımızdakı böyüklüyümüzlə qürur duyur, içimizdə sabahlarımıza ümid yaranır. Mən sizə millətimizin bu yüksək mədəniyyətini ifadə edən üç örnəkdən söz açacam. Bu örnəkləri könül vicdan süzgəcimizdən keçirdikdən sonra daha dərindən öyrənməyə, dərk etməyə vadar olacaq, hüzur aləminin dərinliklərinə vardığınızı hiss edəcəksiniz. İnsan bu örnəkləri oxuduqca, öyrəndikcə, kapitalizmin haram-halal gözləmədən, yalnız qazanma hirsi ilə insanlığa qədər ziyan vurduğunun, ən qiymətli dəyərlərimizi necə kirlətdiyinin şahidi olur. Bu gün gözü dönmüşcəsinə, haqq-hüquq, insanlıq bilmədən bir-birlərini, sonunda insanlığı boğazlayan, vicdanını mərhəmətini itirmişlər dünyanı xarabaya döndərmişlər.Yeganə xilas yolu isə mədəniyyətdir, əsrlərin sınağından çıxaraq genetik yaddaşımıza köçmüş türk mədəniyyəti 

Birinci örnək: Fatih Sultan Mehmet Xan

İstanbulu fəth etməyə qərar verən 21 yaşlı Fatih Sultan Mehmet Xan həm xalqın nəbzini əhval-ruhiyyəsini öyrənmək, həm imtahan etmək məqsədilə təğyiri-libas olub günün ən erkən saatlarında Ədirnə bazarına çıxır.  Bazarın ən ucqarındaki bir dükana girib bazarlıq edir. Çıxmaq istərkən bir geriyə dönüb başqa bir malın qiymətini soruşur. Dükan sahibi bu dəfə ona mal satmaqdan imtina edir: "Mən sənə satış yaparaq sabah siftəmi ettim, kisənə bərəkət, başqa alacağınız varsa qonşu tükandan alın, çünki o hələ siftə etməyib" deyir xana mal satmır. Sultan bir söz demədən qonşu dükana gedir. İkinci dükançı da eyni tavrı göstərir, Sultan ikinci dəfə onunla bazarlıq etmək istəyəndə: "Mən sənə mal sataraq siftəmi ettim, başqa alacağın varsa qonşu dükandan al, çünki o hələ siftə etməyib" deyir. Beləcə Sultan bütün bazarı gəzir tüccarlardan, dükan sahiblərindən eyni münasibət görür. Gənc Sultan Mehmet Xan saraya dönərək səcdəyə qapanır, üzünü Allaha tutaraq: "Ya rəbbim, Sənə həmd olsun, mənə belə, bir-birlərini düşünən, əsirgəyən insanlardan ibarət bütöv millət nəsib etdin. Mən bu əsl millətlə Bizansı deyil, dünyanı fəth edərəm" deyir 

İkinci örnək: "Sədəqə Daşları" 

"Sədəqə Daşları" Türkiyədə insanlar arasında fəzilət abidələri kimi dəyərləndirilir. İstanbulda 173 yerdə örnəkləri var. (Prof. Ziya Kazıcı, "Osmanlıda Hayır Müesseseleri ve Sadaka Taşları" məqaləsindən) Fərqli şəkillərdə olmaqla, əsasən bəyaz rəngli, slindir formalı, antik mərmər sütunlardan ibarətdir. 120-130 sm hündürlükdədir. Günümüzə çox azı yetişən "Sədəqə Daşları" Üsküdar İmrahorda olduğu kimi ən çox təkkə, məscid, ziyarətgah, mədrəsə məzarlıq yerlərinə yaxın ərazilərdə yaradılmışdır. Həzrəti peyğəmbərimiz (s.a.v.) bir hədisi-şərifində buyurur: "Yeddi zümrə vardır ki, heç bir kölgənin olmadığı  bir gündə Allah onları öz arşınının kölgəsində qoruyub saxlayır. Bu yeddi zümrə insanlardan biri sağ əlinin verdiyindən sol əlinin xəbəri olmayanlardır (Bahari-Müslim).

Qurani-Kərimin "Əlbəqərə" Surəsinin 264- ayəsində buyurulur: "Ey iman gətirənlər, Sədəqələrinizi, malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha axirət gününə inanmayan şəxs kimi minnət qoymaq əziyyət verməklə puça çıxarmayın". Belə şəxslərin halı üzündə bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı yuyup aparar qayanı çılpaq bir daş halına salar. Onlar etdikləri işlərindən bir savab qazanmazlar". Əsl əcdadlarımız da tam bu ayə hədisin ruhuna uyğun şəkildə, iffət şəxsiyyətlərini, həyalarını gözləyərək ehtiyaclarını söyləməyən, əksinə gizlədən insanlara müqəddəs kitabımızın buyurduğu kimi yardım etmişlər. dil bilmişdir, dodaq, əl bilmişdir, ayaq. Bu yolla verən əl təkəbbürdən riyakarlıqdan, özünü xalqa göstəriş yapmaqdan uzaq olmuş, etdiklərini kimsə bilməmişdir. Bu əməlisaleh insanlar gücləri yetdiyi yardımı heç kimsə bilmədən gecə vaxtı "Sədəqə Daşaları"nın  yanına qoyar, həmən oradan uzaqlaşardılar. Ehtiyacı olan insanlar da kimsənin görmədiyi bir vaxtda daşların yanına gələr, heç acgözlük etmədən ailəsinə yetəcək bir miqdarda yardım götürər, qalanına toxunmazdılar. Buraya pul qoymaq istəyənlər əsasən axşam namazından sonra gələr, uyğun bir yerə pul qoyar, dərhal oradan uzaqlaşardılar. Yatsı namazından sonra da kasıblar, ehtiyaclı insanlar gələr, ehtiyacları qədər götürər, gecənin qaranlığında yox olardılar. Beləliklə, bir insan sədəqə verməklə xeyirxahlıq edir, amma kimə xeyirxahlıq etdiyin bilmir. O sədəqədən yararlanan insanlar da kimsənin qarşısında əzilib sıxılmır, qürurları zədələnmir.

XVII əsrdə İstanbulu anladan bir fransız səyyah "Sədəqə Daşları"na bir həftə kimsənin uğramadığını yazır. Onun qənaətinə görə XVI XVII əsrlər türkün inkişaf, tərəqqi dövrü olmuşdur. "Sədəqə Daşları" üzərində önəmli çalışmaları olan Nidayi Sevim Balkanlardan Orta Asiyaya qədər bütün türk coğrafiyasında bu daşlara rast gəldiyini yazmışdır. Türkmənistan ilə Üsküp gibi (Üsküb-Makedoniyanın paytaxtı, əski Osmanlı torpaqları) iki-üç coğrafiyada sədəqə daşlarının olduğu bildirilir. (Medeniyetimizdə Toplumsal Dayanışma ve "Sadaka Taşları"). "Sədəqə Daşaları" türk-islam mədəniyyətinin zərafət, xeyixahlıq dolu bir ənənəsi olaraq bütün Anadolu Balkanlarda yayılmışdır. Anadoluda "Hacət yeri" ya "Xeyrat dəliyi" adlandırılmışdır. İstanbula yolu düşənlər Üsküdar meydanındakı Doğancılar yoxuşu önündən keçərkən sadə bir sədəqə daşını görə bilərlər. Üsküdar Bələdiyyəsinin zəhməti nəticəsində bir az gözə görünən hala gətirlmişdir. Belə bir mükəmməl tarixi keçmişi olan millətin vətəndaşı: "Allahım, islamın yardımlaşma təlqini, mütəvazi türk mədəniyyəti necə gözəl mükəmməl bir estetik yaratmışlar!"deyə düşünməyə bilmir. 

Utanc iffətindən, qürurundan imkansızlığını, ehtiyacını kimsəyə açmayan insanların qürurunu, şəxsiyyətini zədələmədən onlarla yardımlaşmaq yöntəmləri dünyanın heç bir mədəniyyətində bu qədər etik nəzakətli olmamışdır. Xüsusən kapitalizmin canavar kimi parçalamağa qalxdığı müasir dünyada. İndi yardımlaşmaq əvəzinə imkansız insanlar modern bank tələsinə salınırlar. Belə bir zamanda "Sədəqə Daşları"nın dəyərini anlayıb idrak etdikcə qədər böyük humanizmə mədəniyyətə sahib olduğumuzu görürük. Türk mədəniyyəti anlayışında insanın bir-birinin üzünə gülməsi belə sədəqədir, esttetik mədəniyyətdir. Alanı ilə verəni gecənin qaranlığında örtən, qürurlanmağa, təşəxxüs göstərməyə, öyünməyə fürsət verməyən, müsaidə etməyən, acizin, imkansızın qürurunu, heysiyyətini  zədələməyən bir mədəniyyətə sahib millətik biz.

Üçüncü örnək: Borc dəftəri  

Zimən Dəftəri deyilmiş adına. Məhəllə insanlarının borc, tükançının hesab dərtəridir. Zəngin insanlar, xüsusilə Ramazan ayında qiyafətlərini dəyişdirir, tanımadıqları məhlənin bakkalının tək olduğu zamanda dükanına gedər, zimən-borc dəftərin varmı deyə sorardılar. Dükancı borc dəftərini gələn şəxsə göstərir. O, borcların toplam hesabını istəyir dükançıdan. Bütün hesabı bildikdən sonra varlı kimliyini bəlli etmədən bütün borcları ödəyər sakitcə çıxıb gedər. O, kimlərin borcunu ödədiyini bilməz, borcu ödənmiş insanlar da bunun kim tərəfindən edildiyini görər, bilər. Bu cür böyük ürəkli, xeyirsevər insanlar heç bir qarşılıq gözləmədən edər bu yardımlaşmanı, Allah rızasıyla, riyasız, nümayişsiz, xəlvətcə, ya gecənin qaranlığında, ya da əl-ayağın ortadan yığışdığı sakit bir vaxtda. Sırf Allahın rizasını qazanmaq üçün, soydaşlarının sıxıntısına son verər öz-özünə etdiyi yaxşılığın qürurunu yaşayar. Mədəniyyətimizdə buna uyğun çox misallar çəkmək olar. Bu keyfiyyətlər insana Allaha yaxınlaşmanın sevincini yaşadır. Yardımlaşma nəticəsində varlı ilə kasıb arasında sağlam bir körpü qurulur, maddi məsələlərlə bağlı insanlar arasında yaranmış uçurumlar qaldırılmış olur.

Yardımlaşma, xeyirxahlıq edilən zaman yüksək tavır üslublar çox önəmlidir. Yanlış davranış qarşındakı insanın heysiyyətini, qürurunu sındırmış ola bilər. Belə hərəkət edərsə etdiyi yaxşılığın heç bir nəticəsi olmaz. Verən əlin alan əldən üstün olduğunu buyuran peyğəmbərimiz, eyni zamanda sağ əlin verdiyindən sol əlin xəbəri olmamlıdır buyurmuşdur. Belə bir mədəniyyətin, nəzakət qaydalarının, estekinin olduğu şəhərdə, kənddə, qəsəbədə oğurluk, haksızlık, pis əməllər son dərəcə az olur.

Düşünməyə dəyər örnəklərdir, təfəkkürümüzlə bu mədəniyyətin dəyərini dərk edə bilsək görərik ki, bizə qalan göylərə qaldırdığımız göydələnlər, pullar-paralar deyil, insanlığımız, nəzakətimiz, çöyük mədəniyyətimizdir. Ey göydələn tikən qardaş, qədər yüksək tiksən göyə yüksələ bilməyəcəksən. Əgər küçədə zibil qutusunda çörək axtaran bir ehtiyaclı insanı görmürsənsə bu göydələnlərin heç biri səni xilas etməyəcək. Ətrafındakı çarəsiz insanları görə bilmirsənsə qazanclı deyil, zərərli çıxacaqsan. Yetimin saçlarını sığallamağı bacarmırsansa, ehtiyaclarına yardım edə bilmirsənsə qədər imkanlı olursan ol xeyri yoxdur. Hirsin sonu peşimançılıqdır.

Dünyasına dünyasına,
Aldırma dünyasına.
Dünya benim diyenin,
Gittik dün yasına.

Veya Yunus vari dile gelelim; 

Nehirler aktı geçti,
Kurudu vakti geçti,
Nice han nice sultan,
Tahtı bıraktı, geçti.
Şu dünya penceredir,
Her gelen baktı, geçti...

Vicdanımızı hesaba çəkmə zamanıdır. Yuxarıda təqdim etdiyimiz üç gözəl örnəyi diqqətlə oxuyub ətrafımıza baxmağı bacarmalıyıq. Çarəsizlik içərisində inləyənləri görməliyik, bəsirət gözümüzü açmalıyıq. Yetimlərin, kasıbların ehtiyaclarını qarşılayaq, durumlarını başa düşək, xəstələrimizi ziyarət edək. Bir-birimizi sevək, bir-birimizin dərdinə qalaq. Axı bu bizim genimizdə mədəniyyətimizdə var. Milləti millət edən nəsnələrdən biri budur. 

Təvazökarlıq içərisində estetik düşünə bilən insan cəmiyyət olmamız diləyiylə!

 





02.09.2014    çap et  çap et