525.Az

Yeni çağırışların işığında Azərbaycan reallıqlarına baxış


 

Yeni çağırışların işığında Azərbaycan reallıqlarına baxış<b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin Analitik informasiya sektorunun müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəylinin "Yeni çağırışların işığında" adlı yeni kitabı çapdan çıxıb. Beynəlxalq münasibətlərdə, geosiyasətdə iqtisadi inkişafda müasir baxışlar yeni çağırışlar məsələsinin Azərbaycanın dövlətçilik maraqları dünya siyasətində gedən proseslərin fonunda təqdim olunduğu kitab "Elm təhsil" nəşriyyatında işıq üzü görüb.

352 səhifəlik kitabda toplanan məqalələr, icmallar analitik yazılar "Azərbaycan reallıqları", "Beynəlxalq münasibətlər", "Geosiyasət", "Sivilizasiya" "İqtisadi əlaqələr" bölmələrində müvafiq mövzular üzrə qruplaşdırılaraq təqdim olunub.

"Azərbaycan reallıqları" bölməsində yer almış altı məqalədə multikulturalizm, mədəniyyətlərarası dialoq, yeni çağırışlar, yeni əməkdaşlıq formatı s. kimi məsələlərdən geniş bəhs olunur. Qeyd edilir ki, "inkişafın Azərbaycan modeli"ni dünyaya təqdim edən ölkəmiz öz potensial imkanlarına söykənir buna görə Azərbaycan cəmiyyətində süni formalaşdırılmış yad modellər deyil, milli məfkurə hakimdir. Milli ideyanın hər bir dövlətin, xalqın konkret zaman məkan şəraitində qarşıya qoyduğu hədəflərə xidmət etməli olduğunu xüsusi vurğulayan müəllif bildirir ki, Azərbaycan cəmiyyətinin bütün sahələrində bu mərhələnin öz hədəfləri vəzifələri müəyyənləşdirilmiş olan yeni epoxa başlanmışdır. Dünyada mövcud şəraiti dəyərləndirib elmi təhlillərlə paralellər müqayisələr aparan müəllif beynəlxalq təcrübədən yaradıcı şəkildə yararlanmağın zəruriliyinə nəzər yetirir,"Azərbaycan reallıqları" bölməsində "Azərbaycan-2020: gələcəyə baxış" inkişaf konsepsiyasının böyük tarixi əhəmiyyətinə işıq salır.

Beynəlxalq münasibətlər mövzusunda daha geniş söhbət açan Ərəstü Həbibbəyli  Böyük Orta Şərq layihəsi, beynəlxalq siyasətin mühüm faktoru hesab olunan Rokfeller ailəsi, beynəlxalq münasibətlər sistemində arxaizm, yeni geoiqtisadi təsir aləti kimi xarici yardım, dünya media monopoliyası haqqında oxuculara dəyərli sistemli biliklər verir. Xüsusilə, kitabda Azərbaycan üçün böyük maraq kəsb edən, müasir hadisələrin fonunda Yaxın Şərqdə ermənilərin mövqeyi, ABŞ-ın Cənubi Qafqazda prioritetləri, həmçinin ermənilərin Qafqazda  dominantlıq xülyası kimi məsələlərin elmi-siyasi şərhinə  xüsusi nəzər yetirilir.

Əsərin "Geosiyasət" bölməsində diplomatiyanın "Məbəd düyünü", islamofobiya, Soros fondu, su diplomatiyası sairə barədə real faktlara əsaslanan, geniş oxucu auditoriyası üçün böyük maraq kəsb edən təhlil icmal yazılarına da yer ayrılmışdır. Təqdim edilən məqalələr müasir geosiyasət haqqında sistemli bir elmi təsəvvür yarada bilir.

Ərəstü Həbibbəyli "Türk sivilizasiyasının vətəni - Böyük çöl", "Sivilizasiya anlayışı: dəyərlər meyarlar", "Altay nəzəriyyəsinin gizlinləri", "Sivilizasiyaların kəsişməsində Afrika" kimi məqalələrdə isə ulu türk dünyasına, islam arealına tarixi, iqtisadi, beynəlxalq münasibətlər baxımından ekskurs edir. Müəllif türk sivilizasiyası onun landşaftla əlaqəsini tədqiq edərək bu sivilizasiyanın müstəqil bir mədəni tip olduğunu öz təbii-coğrafi landşaftı daxilində yaşaya bilməsi konsepsiyasını müvəffəqiyyətlə irəli sürür. Kitabın "Sivilizasiya" bölməsinə daxil edilmiş yeni məqalələr Ərəstü Həbibbəylinin bundan əvvəl Azərbaycanda Türkiyədə çap olunmuş "Sivilizasiyaların qovşağında Türk dünyası" adlı monoqrafiyasında qaldırılmış elmi müddəaların daha da genişləndirilməsinə xidmət edir.

Əsərin "İqtisadi əlaqələr" bölməsində Azərbaycan-Britaniya əlaqələrinin fonunda Azərbaycanda neft siyasətinin həyata keçirilməsi sahəsində əldə edilmiş mühüm nəticələrdən bəhs olunur. Ərəstü Həbibbəyli həmçinin bu bölmədə qlobal iqtisadi böhranın dünyada doğurduğu gərginliklərin mahiyyətini açmağa çalışmış, Azərbaycan təcrübəsinin özünəməxsusluğunu üstünlüklərini diqqət mərkəzinə çəkib.

Dərin elmi mülahizələrə, əhatəli analitik təhlillərə geniş yer verilən kitabda Ərəstü Həbibbəylinin nəzərə çarpdırılanyeni dünya çığırışlarına real dərin nəzəri-siyasi yanaşma tərzi müşahidə olunur. Kitabda dünyanın müxtəlif coğrafi məkanlarda baş verən qlobal proseslərə dəyərli elmi baxışlar çərçivəsində nüfuz olunur ki, bunun da nəticəsində elmi siyasi cəhətdən əsaslandırılmış sanballı analitik düşüncələr obyektiv nəticələr meydana qoyulur.

"Yeni çağırışların işığında" əsəri beynəlxalq münasibətlər üzrə mütəxəssislər, politoloqlar, tarixçilər iqtisadçılar, media işçiləri üçün qiymətli mənbə olduğu kimi, geniş oxucu auditoriyasının da böyük maraqla qarşılayacağı cəlbedici nəşrdir.

Ağahüseyn ŞÜKÜROV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 





02.09.2014    çap et  çap et