525.Az
Moskvada azərbaycanlıların çalışdığı bazarlar bağlandı
Moskvada azərbaycanlıların çalışdığı iki bazar bağlanıb.
Bu barədə Lent.az-a Rusiyada yaşayan həmyerlilərimiz məlumat verib. Həmin bazarlar "Domodedovo" və "Xlebnikovo"dur. Hər iki bazarın bağlanmasına səbəb kimi anti-sanitariya vəziyyəti göstərilir.
Bundan başqa, "Domodevo" bazarında Rusiya hüquq-mühafizə orqanları tərəfindən reydlər keçirilib və nəticədə xeyli sayda qanunsuz miqrant aşkar edilib.
Həmin bazarların nə zaman açılacağı bəlli deyil.
02.09.2014 çap et