525.Az

“Neftçi”dən 11-ci avtoqol


 

“Neftçi”dən 11-ci avtoqol<b style="color:red"></b>

“Neftçi” Azərbaycan çempionatları tarixində 11-ci avtoqoluna imza atıb.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan Premyer Liqasının IV turunun “Simurq”la oyununda öz qapısına qol vuran braziliyalı Karlos Kardosoyadək paytaxt təmsilçisi 10 dəfə belə halla üzləşib.

Kardoso Bakı klubunun heyətində bu uğursuzluğu yaşayan 3-cü legionerdir. Onadək Denis Silva və Erik Ramos da çempionat oyununda avtoqol müəllifi olub. Öz qapısına vurulan 11 topdan 8-i ev oyunlarına, 3-ü səfər matçlarına təsadüf edib.  “Neftçi” avtoqol müəllifliyində 3-cü pillədə qərarlaşıb.
 
Qeyd edək ki, bakılılar yalnız AZAL (13) və “Qarabağ”dan (12) az xətaya yol verib.

 





02.09.2014    çap et  çap et