525.Az

Sarkisyan Şuşada muzey açılışına qatılıb


 

Sarkisyan Şuşada muzey açılışına qatılıb<b style="color:red"></b>

İşğal altındakı Azərbaycan torpaqlarına qanunsuz səfər edən Ermənistan prezidenti Serj Sarkisyan sentyabrın 1-də Şuşaya baş çəkərək geologiya muzeyinin açılışına qatılıb.

Media forumun xəbərinə görə, işğalçı dövlətin başçısı həmin gün Ağdərənin Çapar kəndində yeni məktəb binasının istifadəyə verilməsi mərasimində də iştirak edib, axşam isə Xankəndidə operaya baxıb.

Serj Sarkisyanın Dağlıq Qarabağa avqustun 31-də başlayan səfəri Azərbaycan ərazisində qurulmuş işğalçı Dağlıq Qarabağ rejiminin 23 illiyi ilə bağlıdır. 1991-ci il sentyabrın 2-də yaradılmış Dağlıq Qarabağ rejimi 21 ildir Azərbaycanın bütün cənub-qərbinə nəzarət edir.

 





02.09.2014    çap et  çap et