525.Az
Heydər Əliyev prospektində qəza tıxaca səbəb olub
Bakının ən böyük prospekti olan Heydər Əliyev prospektinin şəhərə gələn istiqamətində tıxac yaranıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev prospekti - kənar yolda (şəhər istiqamətində) baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq əmələ gəlib.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - əsas yoldan istifadə etmələri tövsiyə olunur.
02.09.2014 çap et