525.Az

ABŞ “İslam dövləti”nin mövqelərinə 123 zərbə endirib


 

ABŞ “İslam dövləti”nin mövqelərinə 123 zərbə endirib<b style="color:red"></b>

ABŞ Hərb Hava Qüvvələri “İslam dövləti” qruplaşmasının İraqdakı mövqelərinə ümumilikdə 123 zərbə endirib.

APA-nın İTAR-TASS agentlyinə istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı bildirib.
 
Son iki gün ərzində strateji əhəmiyyət kəsb edən “Mosul” bəndi yaxınlığında terrorçuların mövqelərinə üç zərbə endirilib.
 
ABŞ Hərb Hava Qüvvələri avqustun 8-dən başlayaraq “İslam dövləti” mövqelərinə 24 dəfə Ərbildə, 13 dəfə Sincar dağı, 82 dəfə Mosul bəndi yaxınlığında və 4 dəfə Amerli qəsəbəsində zərbə endirib.

 





02.09.2014    çap et  çap et