525.Az

İlham Əliyev dövlət başçılarını təbrik edib


 

İlham Əliyev dövlət başçılarını təbrik edib<b style="color:red"></b> Prezident İlham Əliyev özbəkistanlı həmkarı İslam Kərimova təbrik məktubu göndərib.

525.az-ın prezidentin rəsmi saytına istinadən məlumatına görə, təbrikdə deyilir:

"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin şəxsinizdə bütün Özbəkistan xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Bu gün Sizin rəhbərliyinizlə dünya birliyində layiqli yer tutan qardaş Özbəkistan ölkənin ictimai-siyasi, sosial-iqtisadi inkişafı yolu ilə inamla irəliləyir.

Bizim xalqlarımızı tarixin sınağından çıxmış ümumi mənəvi və mədəni dəyərlər, dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək münasibətləri bağlayır. Əminəm ki, Azərbaycan ilə Özbəkistan arasında çoxplanlı qarşılıqlı əlaqələr bundan sonra da xalqlarımızın əsas mənafelərinə cavab verəcək, ölkələrimizin daha da inkişaf etməsinə və firavanlaşmasına hərtərəfli kömək edəcəkdir.

Hörmətli İslam Abduqəniyeviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Özbəkistan xalqına sülh və firavanlıq arzulayıram".

Dövlət başçısı həmçinin, Slovakiya və Vyetnam prezidentlərinə də təbrik məktubu göndərib.
 





01.09.2014    çap et  çap et