525.Az

Avropa İttifaqı komadadırmı?


 

Avropa İttifaqı komadadırmı?<b style="color:red"></b>

Son illərdə alimlərin və jurnalistlərin Amerika Birləşmiş Ştatlarının dünya siyasi səhnəsindəki tənəzzülünü müzakirə etdikləri çox sayda analiz dərc edilir.

Analitiklərin böyük əksəriyyəti, qlobal siyasətin çoxqütblü və çox mərkəzli bir hal almasıyla birlikdə ABŞ-ın da sürətlə güc itirdiyini tez-tez vurğulayır. Bu analitiklər, Vaşinqtonun beynəlxalq nizamın qaydalarını müəyyən edən hakim mövqeyini itirmiş olmasının səbəblərindən biri kimi, liberal dünya nizamının ikinci əhəmiyyətli nümayəndəsi qəbul edilən Avropa İttifaqını əhatə edən təşkilati, iqtisadi və siyasi problemlərə işarə edirlər.

Bu analiz, Aİ üçün yazılan qiyamət ssenarilərini dəstəkləməklə birlikdə; Aİ-nin həm tək başına, həm də ABŞ ilə birlikdə qlobal güc kimi etibarlı və səlahiyyətli rol oynamasına maneə törədə bilən ciddi problemlərlə qarşı-qarşıya olduğunun vurğulayır.

Bu məzmunda önə sürülən ilk təsbit, Avropalılarla Aİ inteqrasiya layihəsi arasında getdikcə böyüyən bir uçurumun olmasıdır. Müasir Avropa İttifaqı, qurucularının gözləmələrinin əksinə bir-birindən fərqli avropalıları, Avropaya xas müştərək normalar, ideallar və siyasətlər ətrafında yığacaq ortaq bir model meydana gətirməkdən hələ çox uzaqdır. Bir çox analitiklər görə Aİ, 'demokratiya kəsiri' problemi yaşamaqdadır və sıravi insanların gözündə hələ tam olaraq qanunilik kazana bilməyib. Son Avropa Parlamenti seçkilərindəki iştirak nisbəti bu çətinliyin ən aktual nümunəsidir. Avropalıların yarısından çoxu seçkilərdə səsverməyə getməmişdir. Bunun yanında, Aİ üzvü bir çox ölkədəki əhalinin əksəriyyəti, şəxsiyyətlərini hələ Avropanın ortaq məsələlərindən çox əvvəlcə milli mənsubiyyət əsasında təyin edir. Aİ bir çox Avropalının gözündə hələ Brüsseldəki 'Avrokrat'ların idarə etdiyi bürokratik mexanizmdir. Bir mənada, Aİ Avropa xalqları ilə olan təmasını zaman içərisində itirən 'bir elit layihəsi' kimi qəbul edilməkdədir. Hətta Aİ regionunda harada yaşadıqlarından asılı olmayaraq bir çox Avropalı mövcud iqtisadi və bənzəri problemlərindən ötəri Avropa İttifaqını İttiham edir. Həm zəngin şimalılar həm də yoxsul cənublular problemlərini öz daxillərində müzakirə edərkən hər mövzuda məsuliyyəti Brüsselin üzərinə atır.

Birinci mövzuyla da əlaqəli olan ikinci səbəb, İttifaqın əhəmiyyətli üzvlərində böyük əksəriyyətin Aİ-nin genişləmə prosesinə çox qarşı olmaları və Aİ-nin son 20 ildə Orta və Şərqi Avropanın keçmiş kommunist ölkələrinə doğru genişləməsini hal-hazırda yaşadıqları problemlərin əsas mənbəyi kimi görmələridir. Bir çoxuna görə, şərqə doğru genişlənmək bir səhv idi; çünki nə potensial üzvlər iştirak meyarlarını tam olaraq yerinə yetirmiş, nə də Aİ bu ölkələri tərkibinə asanlıqla ala biləcək təşkilati və maliyyə qabiliyyətini artırmışdır. Bu şübhəçi avropalılar, eyni zamanda Aİ-nin Türkiyəni və Qara dəniz bölgəsindəki ölkələri əhatə edəcək şəkildə genişlənməsinə də qarşı çıxır. Bu Aİ-nin həmin ölkələri tərkibinə daxil etmədiyi təqdirdə güclü və etibarlı bir qlobal aktyora çevrilməyəcəyi mənasına gəlməməlidir. Ancaq, Aİ-nin potensial yeni üzvlərin gözündəki cazibədarlıq gücünü itirməsinin, ölkələrin daxili transformasiyalarını öz norma və dəyərləri çərçivəsində formalaşdırma qabiliyyətini də böyük ölçüdə azaldacağı şübhəsizdir. Avropa İttifaqının sərhədlərini əhatə edən xaricilərin gözündəki cazibə qüvvəsindən faydalanması üçün bu ölkələrə etibarlı üzvlük fürsətləri təqdim etməsi lazımdır. Yeni üzvlərin daxili transformasiyaları paralel işləyən iki faktorun varlığıyla mümkün olmuşdu: Aİ normalarının xaricilərin gözündəki legitimliyi və üzvlük meyarlarının yerinə yetirilməsi vəziyyətində İttifaqın üzvlük vəd etməsi. Müasir Avropa İttifaqı öz normalarına və dəyərlərinə, kimlik və davranışlarına təsir etmək məqsədilə bu ölkələrə əks etdirməyi, əks təqdirdə birbaşa təlqini istəməsi baxımından normativ bir güc ola bilər. Halbuki, Aİ, ətraf ölkələrin daxili transformasiyalarını legitim və uyğun gördükləri İttifaq normaları və dəyərləri ilə eyni istiqamətdə özlərinin reallaşdırmaları aspektində normativ bir güc olmaqdan uzaqlaşır.

Üçüncüsü, Aİ üzv ölkələrində son dövrlərdə Aİ-yə şübhəylə yanaşan (Euroskeptik) və inteqrasiya əleyhdarı siyasi partiyaları dəstəkləyən insanların sayı getdikcə artmaqdadır. Bu mənada, Fransa və İngiltərədə radikal sağ və radikal milliyyətçi partiyaların seçkilərdə əldə etdiyi zəfərlər vəziyyəti açıqca gözlər önünə sərməkdədir. Həmin partiyaların yeni seçilən Avropa Parlamentindəki mandat sayı, inteqrasiya tərəfdarı partiyaların siyasətlərini sona çatdıracaq qədər güclü bir maneə meydana gətirməsə də, tendensiyalar narahatedici görünür. İnteqrasiya tərəfdarı əsas axın Avropalı siyasətçilər, demokratiya kəsirini aradan qaldırmanın yolunu tapa bilmədikləri və seçici kütləsini mövcud problemlərin ancaq Aİ səviyyəsində həll edilə biləcəyinə inanmadıqları halda milli səviyyədə və İttifaq səviyyəsində keçiriləcək seçkilərdə ciddi itkilərə məruz qala bilər.

Dördüncü bir təsbit kimi isə, Almaniya və Fransa kimi İttifaqın hüceyrə üzvlərində millətçiliyin yüksəlişinin dayanmaması halında, Aİ-nin beynəlxalq aktor kimi inandırıcılığının zədələnəcəyi ifadə edilə bilər. Bu xüsusilə əhəmiyyətlidir. Çünki Aİ-nin beynəlxalq aktor kimi hərəkət etməsindəki əsas ideya, Avropada və ətraf məkanda sülhün hər şeydən əvvəl Almaniya və Fransanın Avropalılaşdırılmasıyla mümkün olacağı anlayışıdır. Bu, keçmişdə ABŞ-ın Şərqdə Sovet təhlükəsinin varlığını davam etdirdiyi və döyüş sonrası ilk nəslin güclü Avropa tərəfdarı meyllərinin olduğu bir mühitdə Aİ inteqrasiya prosesinə ciddi dəstək verməsi və sədaqətlilik göstərməsiylə mümkün olmuşdu. İndiki vaxtda həmin faktorların heç biri etibarlı deyil. ABŞ Soyuq müharibənin sona çatdığı ilk illərdən etibarən Avropalı ortaqlarından təkidlə xarici siyasət və müdafiə siyasəti sahələrində öz təşkilati və əməliyyat qabiliyyətlərini inkişaf etdirmələrini tələb etmişdir. Ancaq ABŞ-ın, Avropanın inteqrasiyası və təhlükəsizliyinə olan sədaqət dərəcəsinin son illərdə azaldığı görülməkdədir. Burada əhəmiyyətli olan Amerikalıların Aİ-nin etibarlı beynəlxalq aktora çevrildiyini görmə arzusu deyil; Avropalılara öz təhlükəsizliklərini artırmaları üçün daha çox məsuliyyət almalarının lazım olduğuna dair mesajlarının Avropanın inteqrasiyası və təhlükəsizliyi mövzusunda göstərdiyi sədaqət səviyyəsi istiqamətində qitədə gedərək böyüyən bir şübhəçiliyə səbəb olmasıdır. ABŞ, dünya səviyyəsində sülh və nizamın təmini xərclərinin bütün güclər tərəfindən paylaşılmasının lazım olduğu fikirini gedərək daha çox mənimsəməkdədir və Vaşinqtonun Asiya-Sakit okean bölgəsindəki strateji prioritetləri Avropadakı prioritetlərini kölgədə qoyur. ABŞ-ın bu subsidiyaları, əslinə baxılsa avropalıları öz qabiliyyətlərini inkişaf etdirməyə təşviq edə və Aİ-nin inteqrasiya prosesinə təkan verə bilərdi. Halbuki bu mövqenin, Avropalıların ABŞ-ın Avropaya göstərdiyi maraqdan daha çox şübhələnmələrinə səbəb olduğu müşahidə edilməkdədir. İndiki vaxtda Avropalıların ABŞ-dan əlavə öz aralarında belə ortaq bir strateji təhlükəsizlik perspektivinə sahib olmadıqları və ortaya çıxan təhlükəsizlik problemlərinin, öz qitələrində daha dərin bir inteqrasiya prosesini tələb etməsinə əhəmiyyət vermədikləri müşahidə edilir.

Aİ inteqrasiya prosesinin bir sülh prosesi kimi müvəffəqiyyətlə başa çatmasının Almaniya və Fransanın Avrupalılaştırılmasına bağlı olduğu fikiri bu ölkələrdəki Soyuq müharibə sonrası nesillər tərəfindən II. Dünya Müharibəsi sonrasının ilk nəsilləri qədər könüldən dəstəklənmir. Gənc Fransızlar, Fransanın Aİ-nin inteqrasiya prosesinə öz şərtlərinə uyğun olaraq istiqamət verə bilməməsindən və Almaniyanın yenidən gücləndiyi, Aİ-nin də yeni üzvlərin yol açdığı problemləri həll etməkdə çətinlik çəkdiyi bir mühitdə öz milli maraqlarını qorumamasından narahatdır. Gənc Almanların qorxusunun təməlində isə, Almaniyanın Aİ inteqrasiya prosesində hakimiyyəti ələ almaması və hər baxımdan normal bir ölkə ola bilməməsi halında həmin prosesin ölkənin tək başına qlobal bir aktor olmasını təmin edəcək potensialı ortadan qaldırması ehtimalı dayanır. Gənc Almanların və Fransızların bu düşüncə forması, Aİ inteqrasiya prosesinin millətüstü və ya federal bir quruluşda davam etdirilməsi baxımından yaxşı bir təəssürat yaratmır. Heç şübhəsiz gənc avropalılar ataları qədər Atlantikçi və inteqrasiya tərəfdarı deyil. Digər tərəfdən Aİ-nin Aralıq dənizi üzvlərində gənc nəsillərin vəziyyəti nəzərə alınarsa, xüsusilə 2008-ci ildə ortaya çıxan iqtisadi böhrandan sonrakı şərtlərdə, ortaya nə qədər pessimist bir mənzərənin çıxdığı daha dəqiq görünür.

Bu analiz çərçivəsində son olaraq, Aİ-nin digər qlobal aktorların nəzərində sarsılan imici ələ alına bilər. Etibarlı beynəlxalq aktor ola bilmək üçün yalnız iradə və qabiliyyət sahibi olmaq kafi deyil. Sistem içərisindəki digər elementlər tərəfindən eyni şəkildə qəbul edilmək lazımlıdır. Daha çox detala girmədən, nə Rusiya, nə Çin, nə də ABŞ-ın Aİ`ni tək başına etibarlı bir beynəlxalq aktor kimi görmədiyini söyləmək kafi olacaq. Ruslar və Çinlilər Aİ-nin qanunvericiliyə əsaslanan, çox tərəfli və liberal bir nizamı müdafiə etməsindən məmnun deyil. Bu iki xalq özlərinə aid təsir dairələri üzərində haqq iddia etmə, güclü bir reelpolitik şəxsiyyətə sahib olma və dünyaya güc siyasəti prizmasından baxma məqamında olduqca istəkli görünür. Bu realpolitika ənənəsinin son təzahürü Rusiya və Çinin Ukrayna böhranından sonra meydana gələn qlobal siyasətin bir nəticəsi kimi imzaladıqları tarixi təbii qaz müqaviləsində görülə bilər. Digər tərəfdən ABŞ, Aİ inteqrasiya prosesini qanuni qəbul etməkdə və Avropalıların, dünya səviyyəsində ortaya çıxa biləcək problemlərə qarşı özüylə əməkdaşlıq etmələri halında, xarici siyasət və təhlükəsizlik siyasəti sahələrində öz qabiliyyətlərini inkişaf etdirmələrini dəstəkləməkdədir. Amerikanın Aİ inteqrasiya prosesinə olan dəstəyi əsas etibarilə son dərəcə vasitəli və stratejikdir. ABŞ Avropanın müstəqil bir strateji şəxsiyyətə sahib olmasını öz mənfəətinə uyğun qəbul etmir. ABŞ, Rusiya və Çinin ortaq xüsusiyyəti isə, tək başına bir beynəlxalq aktor kimi Aİ ilə əməkdaşlıq əvəzinə, üzv ölkələrlə ayrı-ayrı əlaqələr qurmağı seçmələridir.

Yuxarıda ortaya çıxan mənzərə, Aİ-nin bir tərəfdən inteqrasiya prosesinin legitimliyi ilə, digər tərəfdən etibarlı bir beynəlxalq aktor olma yolundakı cəhdləriylə əlaqədar ciddi problemlərlə qarşı-qarşıya olduğu təəssüratını yaradır. Ancaq stəkanın digər yarısının da dolu olduğunu görmək lazımdır.

Newstime.az
Tarık Oğuzlu, Beynəlxalq Antalya Universitetinin professoru

 





01.09.2014    çap et  çap et