525.Az

Ruzbeh Məmmədin şeirləri


 

Ruzbeh Məmmədin <b style="color:red">şeirləri</b>

Yazığın gəlsin

sən içində öldürdüyün
o, mənə yazığın gəlsin.
neçə mənsiz keçirdiyin
dünənə yazığın gəlsin...
dişimlə cırmaqladığım
...gahdaki sığalladığım
açıb öpüb,bağladığım
sinənə yazığın gəlsin...           

həm sevib,həm də atdığım
saçlarını dağıtdığım
hər gün bir az unutduğum
qız,sənə yazığın gəlsin..           

lll

hərdən də saçlarını
yığırsanmı,qadası
həfif-həfif gəzməyə
çıxırsanmı,qadası
üstəlik bu dəlini
sər üstümə telini
xərcləyəndə əlini,
sıxırsanmı,qadası

bu baxt,taleh oyununa
girərsənmi qoynuma
günahını boynuma
yıxırsanmı,qadası

Çıxır...

ruhum sızıldadıqca
bu can bir daha çıxır.
ucuzdu burda hər şey
bir ölüm baha çıxır...
yox,yox bu dərdə çözüm
nə gəzir canda dözüm
hər cümləm,hər bir sözüm

fəryada,aha çıxır...
yığ sən dərdimin kəfin
pozma düzələr kefin
vəzir,vəkilin səfin,
axtarın,şaha çıxır
soruşma niyə,nəyi
içək zəhrimar meyi.
bilə-bilə hər şeyi,
kimdi sabaha çıxır?!
Sağ-salamat, əlvida
batıram yavaş,yavaş
bu dərd qəmin içində.
sənə gəl yol göstərim,
keç qəlbimin içinnən...
yandırır baxışların
aciz durub baxanda
yaman gözəl olursan
ağlayıb darıxanda...
gərək ki tərgidəsən
bu cürə baxmağı da.
gəl öyrədim indidən
sənə darıxmağı da...
əynini qalın geyin.
ay ara bir sevdiyim.
çalış vaxtın olanda
gəl məni gör sevdiyim.
sağ-salamat, əlvida
nəyim var yır-yığış et
durub yola sal məni
bir az çalış qarğış et...

Məni bağışlama, ay unutduğum...

Gözlərim qapanıb ümidsizliyə
Tutub yerid bir az, dolaşdır məni.
Küsmüşəm ömürlük taa danışmaram
di gəl nə edirsən et, danışdır məni
Keçirdim vaxtımı darıxmaq ilə
Nə yaxşı bu gecə düşüb ölmədim.
Az qalsın yadımdan çıxa deməyə,
Qapını açıq qoy, bəlkə gəlmədim...
Ölmərəm bir qızdan ötəri heç vaxt
İncimə sevgisin əziz, tutduğum.
Gəlmişəm deyəm ki ömürlük belə,
məni bağışlama ,ay unutduğum.

Nə var...

Gizlənək gəl, adam bir ömür altda.
Sonrada bu ömrü bölərik, nə var.
Qoşulub dur gedək gedər, gəlməzə.
Vaxt olar qayıdıb,gələrik,nə var...
Getmə,ayaq saxla yolunnan qayıt.
Keç mənim sağımnan,solumnan qayıt.
Tut mənim nə olar qolumnan qayıt
Oturub ağlayaq, gülərik,nə var...
Qorxut hələm bir az kirisin, eşqim
Məni məndə burax ərisin eşqim
Nə edim azacıq yerisin, eşqim
ay canım, üzülmə,bilərik,nə var...
Durubdur elə bil bu qış gözümə
Axsın göz yaşların yağış, gözümə
Biryolluq, ay adam yığış gözümə
Sonrada ayrılıb, ölərik, nə var...
2014

 

Fikir yorğunluğu

 

özüm ölüm

heç ölmək istəmirəm!

indiki halımda,
olsa-olsa

bir şüşə sükut,ağzınacan dolu,

bir çay qaşığı rahatlıq

qarışdırıb çəkərdim başıma

pis olmazdı

parçalanmış
ümid qırıntılarını

gəzdirirəm

əlimdə təsbeh əvəzi 

bir yerdə əyləşi

qarnımı doyuzdururam.

–göyə baxa baxa,

–göy qutabı yeyə-yeyə

cəmi altmış qəpikdi

ikisi birlikdə.

hesabı ödəyirəm

yerindəcə, anında.

durub səndələyirəm soyuqlu küçədə,

əllərim cibimin qarnında...

ahh,yenə yağış yağır
yuyulacaq xanımların

ağ günə çıxmış üzləri...

islanacaq yenə yaxaları

aman, Allah

yenə azacaq gözlərim...


Ruzbeh Məmməd

 





01.09.2014    çap et  çap et