525.Az

BAXCP-dən Təhsil Nazirliyinin qərarına müsbət qiymət


 

BAXCP-dən Təhsil Nazirliyinin qərarına müsbət qiymət<b style="color:red"></b> Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durub müzakirə olunub.

Yeni dərs ilinin başlanması da müzakirə olunan məsələlərdən olub və Təhsil Nazirliyinin dərs ilinin vaxtının azaldılması qərarı müsbət qiymətləndirilib.
 
Qeyd olunub ki, üç aydan çox davam edən yay tətili təhsil prosesinin davamlılığına və effektivliyinə ciddi maneə yaradır:

"Təhsildə uzunmüddətli fasilə şagirdlərdə bir sıra mühüm vərdişlərin sıradan çıxmasına, onların təhsil prosesindən ayrı düşməsinə səbəb olur. Orta məktəb müəllimləri hər yeni dərs ilinin başlanğıcında şagirdlərin daha öncə qazandıqları biliklərin müəyyən bir hissəsini unutduqlarının, təhsil prosesinə alışa bilmədiklərinin şahidi olurlar”.
 
BAXCP İdarə Heyəti hesab edir ki, Azərbaycanın orta ümumtəhsil təktəblərində təlim-tədris prosesinin keyfiyyətinin yüksəldilməsi üçün vahid dövlət imtahanın tətbiq olunması da vacib şərtdir:
 
"İndiki vəziyyət təhsil prosesinin deyil, repititorluğun inkişafına zəmin yaradır. Şagirdlər yalnız seçdikləri istiqamətlər üzrə fənnlərə diqqət yetirirlər və bu isə onların digər fənnlərlə üzrə elementar bilikləri əldə etmələrinə ciddi maneə yaradır".
 





01.09.2014    çap et  çap et