525.Az

Ərdoğanın səfərinə görə bu küçələrdə hərəkət məhdudlaşdırılacaq


 

Ərdoğanın səfərinə görə bu küçələrdə hərəkət məhdudlaşdırılacaq<b style="color:red"></b>

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri ilə əlaqədar olaraq paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
 
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində APA-ya verilən məlumata görə, R.T.Ərdoğanın  sentyabrın 3-dən Azərbaycana başlayan rəsmi səfəri ilə əlaqədar paytaxtın Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, "Azneft" dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.
 
V.Əsədov sürücülərə müraciətində bildirib ki, göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən az istifadə etsinlər.

 





01.09.2014    çap et  çap et