525.Az

Ölkədə yol "terroru": 9 ölü, 35 yaralı


 

Ölkədə yol "terroru": <b style="color:red">9 ölü, 35 yaralı</b> Bazar günü Azərbaycan yollarında baş vermiş yol qəzalarında 9 nəfər həlak olub.
 

Lent.az-ın məlumatına görə, avqustun son günündə Respublika yollarında ümumilikdə 21 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə həlak olan 9 nəfərdən başqa 35 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Avqustun 31-də Bakının Qradağ rayonunda, Korgöz qəsəbəsində minik avtomobilinin yük maşınına çırpılması ər və arvadının ölümünə səbəb olub. Ağdaşda isə toqquşan avtomobillərdən biri yanıb.
 
Nəticədə 2 nəfər həlak olub, daha 3 nəfər isə yaralanıb.

Bundan başqa Bakının Sabunçu rayonunda 5 avtomobilin iştirakı ilə zəncirvari qəza olub. Bu hadisədə isə 9 nəfər yaralanıb.
 





01.09.2014    çap et  çap et