525.Az

Qızıl tabutda basdırılan mərhum


 

Qızıl tabutda basdırılan mərhum<b style="color:red"></b> İrlandiyada qəribə yas mərasimi keçirilib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu ölkədə tanınmış mafia liderlərindən olan "Kök" ləqəbli Endi Kornors sui-qəsd nəticəsində qətlə yetirilib. 45 yaşlı mafia lideri 25 min sterlinq (təxminən 45 min manat) dəyərində qızıl tabutda basdırılıb.
 
Bildirilir ki, İrlandiyada məşhur olan Endi Kornors həyat yoldaşının və uşaqlarının gözü qarşısında naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb. Onun öldürülmə səbəbi hələ dəqiq bilinməsə də, olayın kriminal sövdələşmələrlə bağlı olduğu güman edilir.
 
Qeyd edək ki, Kornos axırıncı dəfə 3 milyon sterlinq qiymətindəki evi ilə gündəmə gəlib.
 





01.09.2014    çap et  çap et