525.Az

“TANAP layihəsinin reallaşması istiqamətində hər şey yolunda gedir”


 

“TANAP layihəsinin reallaşması istiqamətində hər şey yolunda gedir”<b style="color:red"></b>

“TANAP layihəsi üçün ayrılmış maliyyənin xərclənməsinə başlanıb”.

Bu sözləri APA-nın Türkiyə təmsilçisi ilə söhbətində Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.
 
“Üç ay əvvəl TANAP layihəsinin maliyyələşdirilməsi ilə bağlı saziş imzalandı. Bu vəsaitdən istifadə edirsinizmi?”- sualına T. Yılmaz belə cavab verib: “Krediti xərcləməyə başlamışıq. Bilirsiniz ki, 2019-cu ilə qədər layihəyə 3,6 milyard dollar pul sərf olunmalıdır. TANAP layihəsinin reallaşması istiqamətində hər şey yolunda gedir, heç bir sıxıntımız yoxdur”.
 
“İşlərin gedişini yerində görmək üçün jurnalistləri hazırda iş aparılan bölgəyə aparacaqsınızmı?” – sualını cavablandıran nazir bildirib ki, layihənin həyata keçirilməsini işıqlandırmaq üçün həmişə jurnalistlərin dəstəyinə ehtiyac var: “Ona görə də yaxın gələcəkdə işlərin vəziyyətini  yerində görmək üçün jurnalistləri bölgəyə apara bilərik”.

 





01.09.2014    çap et  çap et