525.Az

Saakaşvilini beynəlxalq axtarışa verirlər


 

Saakaşvilini beynəlxalq axtarışa verirlər<b style="color:red"></b>

Gürcüstan Respublikası Prokurorluğu sabiq prezident Mixail Saakaşvilinin beynəlxalq axtarışa verilməsi üçün İnterpola müraciət edib.

“Media forum” saytının məlumatına görə, prokurorluğun ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Natiya Suxiaşvili deyib ki, İnterpola rəsmi müraciətdə sabiq prezidentin qırmızı xətlə axtarışa verilməsi istənib.

2004-2013-cü illərdə prezident kürsüsünü tutmuş 47 yaşlı Saakaşvili Gürcüstanı ötən ilin noyabr ayında tərk edib. Bu il avqustun 1-də Tbilisi Şəhər Məhkəməsi prokurorluğun təqdimatına baxaraq onun haqqında həbs qətimkan tədbiri seçib. Sabiq prezident 5 milyon dollara yaxın dövlət vəsaitini talamaqda, vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinir.

 





01.09.2014    çap et  çap et