525.Az

Paytaxtda ağır qəza: 2 ölü


 

Paytaxtda ağır qəza: 2 ölü<b style="color:red"></b> Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
 
Qaradağ rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Korgöz qəsəbəsində "Mercedes" markalı minik avtomobili "Mercedes" markalı yük maşınına çırpılıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1962-ci il təvəllüdlü Əliyev Şıxzadə Zabil oğlu və sərnişini Əliyeva Yeganə Mehdi qızı aldıqları ağır xəsarətlərdən həlak olublar.
 
Faktla bağlı Qaradağ RPİ-də cinayət işi açılıb, araşdırmalar aparılır.
 





01.09.2014    çap et  çap et