525.Az

Səhiyyə naziri Xaçmazda vətəndaşları qəbul edib


 

Səhiyyə naziri Xaçmazda vətəndaşları qəbul edib<b style="color:red"></b> Bu gün səhiyyə naziri Oqtay Şirəliyev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında Quba, Qusar, Şabran və Xaçmaz rayon sakinlərini qəbul edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul zamanı səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran suallar cavablandırılıb.

Qəbulda vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbula gələn 30-a yaxın vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
 





29.08.2014    çap et  çap et