525.Az

Bakıda silsilə oğurluqlar edən şəxs yaxalandı


 

Bakıda silsilə oğurluqlar edən şəxs yaxalandı<b style="color:red"></b> Bakıda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.
 
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, avqustun 7-nə keçən gecə Ramana qəsəbəsində yeni tikilidə yaşayanlar Müseyib Həsənovun və avqustun 17-nə keçən gecə RəşaHəziyevin həyətlərindən tikinti materialları oğurlanıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, qəsəbə sakini Natiq Balayev Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub.
 
Sabunçu Rayon Polis İdarəsi 13-cü polis bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Rizvan Tanrıverdizadə yaxalanıb. Məlum olub ki, o, yanvarın 18-nə keçən gecə Hacınski küçəsində Vüsal Allahverdiyevə məxsus «Chevrolet» markalı avtomobilin 2 ədəd təkərini, fevralın 4-də Şöylə Əliyevanın Mehmandarov küçəsindəki mənzilindən 2850 manat və komputer monitoru, iyulun 7-də Billurə Əliyevanın R.Qəmbərov küçəsindəki mənzilindən qızıl-zinət əşyaları, avqustun 3-nə keçən gecə isə Ş.Qocayev küçəsindəki binanın girişində Nizami Məmmədova məxsus saxlanc yerindən kombi aparatı, ona aid ehtiyyat hissələri və transformator oğurlayıb.
 
Hər iki faktla bağlı araşdırma aparılır.
 





29.08.2014    çap et  çap et