525.Az

"Şərqi Ukraynada baş verənlər mənə II Dünya müharibəsini xatırladır"


 

 "Şərqi Ukraynada baş verənlər mənə II Dünya müharibəsini xatırladır"<b style="color:red"></b> Şərqi Ukraynada baş verənlər mənə II Dünya müharibəsini xatırladır.
 
APA-nın “Russia Today”a istinadən verdiyi xəbərə görə, bunu Moskvada keçirilən gənclik forumunda Rusiya prezidenti Vladimir Putin deyib.
 
V. Putin Ukrayna ordusunun Donbasdakı keçirdiyi antiterror əməliyyatını II Dünya müharibəsində faşistlərin törətdiyi əməllərlə müqayisə edib.
 
“Bütün bunlar kədərlidir. O vaxt alman işğalçıları şəhərlərimizi mühasirəyə alaraq sakinləri atəşə tuturdular.

İndi isə Ukrayna ordusu tərəfindən mühasirəyə alınan şəhərlərdə infrastrukturu məhv etmək üçün yaşayış sahələri atəşə tutulur. Mən bütün bunların insanlar arasında çoxsaylı ölüm hallarına gətirib çıxaracaq böyük bir səhv olduğunu düşünürəm”, - deyə o vurğulayıb.
 





29.08.2014    çap et  çap et